Xaçaturyanın Zəngəzur dəhlizi açıqlaması: Ermənistan reallığı anlayır...

Xaçaturyanın Zəngəzur dəhlizi açıqlaması: Ermənistan reallığı anlayır...
30.07.2025 14:54 Təhlil

“Zəngəzur dəhlizi ən çox Ermənistan üçün lazımdır, çünki Ermənistanın xarici ölkələr ilə əlaqələri son dərəcə məhduddur”.

Siyasi şərhçi Abutalıb Səmədov bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Zəngəzur dəhlizinin açılmasının vacibliyi haqqında çıxışını TodayPress TV-yə şərh edərkən deyib.  

Onun sözlərinə görə, Ermənistanda Zəngəzur dəhlizinin ölkə üçün nə qədər zəruri olduğunu anlayan kifayət qədər insan var. Ermənistanın İrana, bir də Gürcüstan vasitəsilə Rusiya istiqamətində çıxışı mövcuddur. Amma həmin Yuxarı Lars keçidi də çox çətin keçilən bir yoldur və ciddi problemlər yaradır:

“Bu səbəbdən təbii ki, Zəngəzur dəhlizi Ermənistan üçün olduqca vacib bir layihədir. Lakin problem ondadır ki, bu dəhlizin açılması heç də asan məsələ deyil. 2020-ci il 10 noyabr bəyanatına əsasən, dəhlizə Rusiya sərhədçiləri nəzarət etməli idi. Ermənistanın Baş naziri Nikol Paşinyan buna razılıq vermişdi. İndi isə o anlayır ki, bu mümkün deyil. Hətta İran da buna qəti şəkildə etiraz edir, Rusiyanı müharibə ilə hədələyir. Ermənistan bu yola nəzarət etmək üçün xüsusi bir dövlət qurumu da yaradıb. Lakin burada Rusiyanın ciddi etirazı görünür. Azərbaycan üçün isə bu variant o qədər də qənaətbəxş deyil. Çünki hələ düşmənçiliyin davam etdiyi bir vaxtda ermənilərin həmin yola nəzarət etməsi təhlükəsizlik və terror riskini artırır”.  

Analitik diqqətə çatdırıb ki, bu vəziyyətdən çıxmaq üçün ABŞ şirkətinin dəhlizi icarəyə götürməsi ideyası ortaya atılıb və bu təklifin guya Türkiyəyə məxsus olduğu bildirilir. Onun fikrincə, bu kifayət qədər ağıllı təklifdir. Lakin həm Rusiya, həm İran, həm də müəyyən mənada Çin bu ideyaya qarşı çıxır. Paşinyan isə belə bir variantın mümkünlüyünü istisna etmir. Ancaq onun da bu qərarın arxasında dura bilməsi sual altındadır. 

Bütün bunlara baxmayaraq, şərhçi hesab edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və sülh müqaviləsinin imzalanmasına təsir göstərə bilər:

“Amma bizim üçün əsas şərt Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Paşinyan isə bu dəyişikliyə getməyə hələlik cəsarət etmir. Parlament seçkilərindən sonraya saxlamaq istəyir. Həmçinin parlament seçkilərinin vaxtının irəli çəkilməsi barədə təkliflər də irəli sürülüb. Bu isə həm Paşinyanın maraqlarına, həm də sülh sazişinin imzalanması prosesinin sürətlənməsinə uyğun olar. Çünki bu ilin sonunda və ya 2026-cı ilin əvvəlində seçkilər baş tutarsa, Paşinyanın qalib gəlmək şansı da artacaq. Lakin digər tərəfdən Rusiya  fəallaşmağa başlayıb və seçkiyə qədər Paşinyanı devirmək planları qurur. Alınmasa belə, seçkilərdə onu əvəz edə biləcək qüvvəni dəstəkləməyə çalışır”.    

A.Səmədov sonda vurğulayıb ki, hadisələrin gedişatı Zəngəzur dəhlizinin açılmasını daha da uzatmağın mümkün olmadığı göstərir. 

Töhfə Səməd

FOTOLAR

Xaçaturyanın Zəngəzur dəhlizi açıqlaması: Ermənistan reallığı anlayır... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər