Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək?
Ankarada keçirilən NATO sammiti F-35 məsələsini yenidən gündəmə gətirdi. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə F-35 proqramı əsas müzakirə mövzularından biri oldu. Vaşinqton Türkiyəyə F-35 satışına və ya əvvəllər ödənişi edilmiş təyyarələrin təhvil verilməsinə müsbət yanaşdığını bildirdi.
Bəs bu, Türkiyənin KAAN proqramına zərbə ola bilərmi?
Türkiyə 2019-cu ildə S-400 sistemlərini aldığı üçün F-35 proqramından çıxarılsa da, məsələ yenidən müzakirə olunur. Bununla yanaşı, KAAN layihəsi plan üzrə davam edir. İlk prototip 2024-cü ildə sınaq uçuşu həyata keçirib, seriya istehsalına isə 2028–2029-cu illərdə başlanması nəzərdə tutulur.
F-35-lərin alınması qısa müddətdə Türkiyənin 5-ci nəsil döyüş qabiliyyətini gücləndirə və KAAN tam hazır olana qədər yaranacaq boşluğu doldura bilər. Eyni zamanda, GE F110 mühərriklərinin tədarükü və əldə olunacaq texniki təcrübə KAAN layihəsinə də müsbət təsir göstərə bilər.
Digər tərəfdən, F-35-ə üstünlük verilməsi maliyyə və insan resurslarının KAAN-dan yayındırılmasına səbəb ola bilər. F-35-in istismarı və modernləşdirilməsi ABŞ-dən asılı olduğundan, bu, Türkiyənin müdafiə sənayesində strateji müstəqillik hədəfinə uyğun gəlmir.
Ankara hər iki layihəni paralel inkişaf etdirməyə çalışır. Bu strategiyanın uğuru isə S-400 məsələsinin həlli və resursların düzgün idarə olunmasından asılı olacaq. Hər bir halda F-35-lərlə bağlı qərar Türkiyə üçün strateji üstünlükdür.
Jalə Rövşən