Trampın Asiya planı: ABŞ-Yaponiya ittifaqı ilə Çinə qarşı yeni cəbhə

Trampın Asiya planı: ABŞ-Yaponiya ittifaqı ilə Çinə qarşı yeni cəbhə
29.10.2025 18:11 Təhlil

ABŞ və Yaponiya arasında nadir torpaq elementləri üzrə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da Yaponiyanın Baş naziri Sanae

Takaiçi və ABŞ Prezidenti Donald Tramp ölkələr arasında ittifaq üçün yeni "qızıl dövrün" başlanğıcını elan ediblər. 

Yaponiyanın ABŞ-yə ixracı indi 15% tariflərlə üzləşəcək və bu, əvvəllər razılaşdırılmışdı, lakin yalnız çərşənbə axşamı günü yekunlaşdırılıb. Yaponiya ABŞ məhsullarına rüsumları ləğv edəcək. 

Maraqlıdır, bu razılaşma iqtisadi əməkdaşlıqdır, yoxsa Çinə qarşı strateji addım?

“ABŞ özlüyündə Çinə qarşı birgə addımlaya biləcəyi ölkə kimi məhz Yaponiyanı görür”

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, bu səfər ABŞ maraqlarının yeni xəritəsidir:

"Sözsüz ki, ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfəri və həmin bölgəyə turnesi, ABŞ-nin yeni geosiyasi və geoiqtisadi maraqları ilə birbaşa bağlıdır. Nəzərə almaq lazımdır ki, Asiya-Sakit okean regionunda ABŞ öz təsir imkanlarını əhəmiyyətli dərəcədə yenidən gücləndirmək istəyir. Xüsusilə son onillikdə Çinin sürətli inkişafı regionda onun təsir imkanlarını xeyli artırmışdı. ABŞ özlüyündə Çinə qarşı birgə addımlaya biləcəyi ölkə kimi məhz Yaponiyanı görür. Buna görə də bu turne çərçivəsində Tramp bir sıra ölkələrə səfər etdi və bunlar arasında Yaponiyaya səfəri, yeni baş nazirlə tanışlığı xüsusi əhəmiyyət daşıyır".

“Bu, həm Yaponiya, həm də ABŞ üçün mühüm əhəmiyyət kəsb edir”

Ekspertin sözlərinə görə, ABŞ-Yaponiya razılaşması Çindən asılılığı azaltma məqsədi daşıyır:

"Diqqətçəkən əsas məqamlardan biri də ABŞ və Yaponiya arasında strateji minerallar və faydalı qazıntılar üzrə əməkdaşlıq memorandumu imzalanması oldu. Bu, həm Yaponiya, həm də ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu razılaşmadan sonra ABŞ Yaponiya istehsalı olan məhsulların gömrük rüsumlarına yenidən baxacaq. İkincisi isə, bu addım ABŞ-nin sözügedən sahədə Çindən asılılığını azaltmaq ümidini gücləndirir. Bütün bunlar açıq şəkildə göstərir ki, ABŞ Yaponiya ilə ittifaq quraraq həm regionda, həm də qlobal müstəvidə Çinin təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bu, əslində, yeni vəziyyət deyil. Sadəcə, Tramp sələflərindən fərqli olaraq, Çinə qarşı iqtisadi mübarizəni daha açıq şəkildə aparır. Bu da artıq açıq qarşıdurma mərhələsidir. Doğrudur, ABŞ Prezidenti Çin Xalq Respublikasının sədri ilə də görüş keçirməyi planlaşdırır və bu görüşdə Çin məhsullarına tətbiq olunan gömrük rüsumları və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Lakin bu səfərin başlıca məqsədi ABŞ-Yaponiya arasında daha güclü ittifaq qurmaqdır. Şübhəsiz ki, onlar geosiyasi və geoiqtisadi müstəvidə əsas rəqibləri kimi Çini görürlər və bu ölkəyə qarşı birgə addımlar atacaqları ehtimalı yüksəkdir".

“Hər iki liderin məqsədləri bənzərdir” 

Analitik iki dövlətin ortaq maraqlarına diqqət çəkib:

"Yaponiyanın Baş naziri də iddialı bəyanatlarla çıxış edərək ölkəsini dünyanın “ən parlaq, günçıxan dövləti”nə çevirmək istədiyini bildirir. Tramp isə oxşar şəkildə Amerikanı dünyanın “ən güclü ölkəsi” kimi görmək niyyətindədir. Yəni hər iki liderin məqsədləri bənzərdir və düşünürlər ki, birgə addımlasalar, daha yaxşı nəticə əldə edəcəklər. Bununla yanaşı, ABŞ və Yaponiya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa da yenidən baxmaq niyyətindədirlər. Gələcəkdə birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi planlaşdırılır. Yaponiya yeni raketlər istehsal etmək istəyir və bu prosesdə ABŞ-nin dəstəyinə ümid edir".

E. Mirbəşiroğlu son olaraq bildirib ki, nəticələrin birmənalı şəkildə uğurlu olacağını demək çətindir:

“Çünki Çin iqtisadi cəhətdən hələ də çox sürətlə inkişaf edir və regionda təsir dairəsini genişləndirir. Dünyanın əksər təchizat bazarlarında Çinin rolu və payı hələ də olduqca güclüdür. Xüsusilə Çinə yaxın regionlarda bu ölkənin iqtisadi təsirini məhdudlaşdırmaq yaxın gələcəkdə çox çətin olacaq”.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər