Tokayevdən Paşinyana ilk təbrik: Kremlə verilən mesaj nədir?

Tokayevdən Paşinyana ilk təbrik: Kremlə verilən mesaj nədir?
08.06.2026 21:30 Təhlil

“Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində əldə etdiyi qələbə münasibətilə ilk təbrik edən liderlərdən olub. Bu təbrik Tokayevin həm də Kremlə mesajıdır. Vladimir Putin Paşinyanı hələ təbrik etməyib, əksinə Rusiya rəsmiləri seçkidə pozuntularla bağlı müxtəlif iddialar səsləndiriblər”.

TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı bir müddətdir Nikol Paşinyanı “Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxararıq” açıqlaması ilə hədələyir. O qeyd edib ki, Rusiya rəsmiləri bu cür bəyanatlar verərkən İttifaqın digər üzvlərinin, o cümlədən Qazaxıstanın mövqeyini nəzərə almırlar.

Elxan Şahinoğlu vurğulayıb ki, Qazaxıstanın heç bir rəsmisi Paşinyanın ünvanına “Ermənistan Avropa İttifaqı ilə inteqrasiya siyasətindən imtina etməsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq” məzmununda açıqlama verməyib.

Politoloqun fikrincə, Tokayevin Paşinyanı təbrik etməsi və ona Ermənistanın uzunmüddətli milli maraqları naminə fəaliyyətində uğurlar arzulaması Qazaxıstanın bu məsələyə fərqli yanaşmasını nümayiş etdirir.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər