Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...

Süni nəfəs aparatına qoşulan hərbi blok: KTMT-nin ömrü qısalır...
29.10.2025 16:37 Təhlil

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov qurumun kollektiv qüvvələrinin döyüş potensialının artırılacağını açıqlayıb. 


O bildirib ki, üzv ölkələrdə hərbi kadr hazırlığı müasir texnologiyalar əsasında təkmilləşdiriləcək. Həmçinin KTMT-nin təhlükəsizlik strategiyasının müddəti uzadılacaq və yeni çağırışlara uyğunlaşdırılacaq. Bu addımlar təşkilatın gələcəkdə hərbi qarşıdurmalarda daha aktiv rol alacağı ehtimalını gündəmə gətirib. 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan "Alyans" strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov bildirib ki, bu bəyanat KTMT-nin “nəfəsi hələ kəsilməyib” görüntüsü yaratmaq cəhdidir:


"KTMT-nin baş katibinin verdiyi bəyanat, təşkilatın hələ də yaşadığını və gələcəkdə daha da güclü quruma çevriləcəyinə dair inam yaratmaq məqsədi daşıyır. Əslində isə, hamı anlayır ki, bu təşkilatın real potensialı yoxdur. KTMT əslində Rusiyadır. Ermənistan yaxın zamanda, yəqin ki, bu təşkilatdan çıxacaq. Təbii ki, ölkədə keçiriləcək parlament seçkilərində ruspərəst qüvvələr qalib gəlməsə". 

Analitik qeyd edib ki, ittifaqın gələcəyi, lider dövlətin dominantlığı səbəbindən artıq sual altındadır:


"Mərkəzi Asiya dövlətləri də hələlik məcburiyyətdən təşkilatda qalır. KTMT-nin hər hansı bir hərbi qarşıdurmada iştirak etmək potensialı yoxdur. Əgər olsaydı, Ukrayna müharibəsində üzv dövlətlər Rusiyaya real dəstək verərdilər. Lakin heç biri belə addım atmadı.

Buna görə də KTMT-nin ömrünü yalnız bir neçə il uzatmaq, belə bəyanatlarla təşkilatın “yaşadığı” və “gücləndiyi” görüntüsünü yaratmaq mümkündür. Amma reallıq ondan ibarətdir ki, KTMT uzunmüddətli yaşamaq iqtidarında deyil. Çünki təşkilatın lider dövləti olan Rusiya bir blokda olduğu ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmir". 

A. Səmədov əlavə edib ki, KTMT hələki süni şəkildə yaşadılır:

"Bu ittifaqda inam yoxdur. İnam olmayan yerdə isə hər hansı bir beynəlxalq qurumun uzunömürlü olması mümkün deyil. Bu cür bəyanatlar bundan sonra da veriləcək, “hər şey qaydasındadır” görüntüsü yaradılacaq. Amma artıq müşahidəçilərə yaxşı məlumdur ki, KTMT-nin ömrü qısadır və o, heç bir qarşıdurmada vahid blok kimi iştirak etməyəcək".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər