Sülh sazişi və Konstitusiya dəyişikliyi: Ermənistanın qarşısındakı yol

Sülh sazişi və Konstitusiya dəyişikliyi: Ermənistanın qarşısındakı yol
16.09.2025 14:38 Təhlil

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması da Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekun imzalanmasından dərhal sonra baş tutacaq”. 

TodayPress TV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı deyib.

Fidan bildirib ki, Vaşinqtonda sənəd yalnız paraflanıb, yekun sülh müqaviləsinin imzalanmasının isə gələn ilin birinci yarısında baş tutacağı gözlənilir. 

“Azərbaycan və Ermənistan arasında sazişə yekun imza qoyulan kimi, biz də tezliklə Ermənistanla münasibətləri normallaşdırmağa başlayacağıq”, - Fidan əlavə edib. 

Məlumata görə, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununda keçirilməlidir. Nəzərə alsaq ki, referendum üçün azı 2 ay vaxt lazımdır, onda belə çıxır, qonşu ölkədə seçkilər bir neçə aya qabağa çəkilməlidir və daha sonra referendum baş tutmalıdır? 

Görəsən, Ermənistanda seçkilər və referendum eyni vaxtda keçirilə bilər? 

Üstəlik, Ermənistan XİN sözçüsü Ani Bədəlyan Hakan Fidanın dediklərini təkzib etməyib. 

“Sənədin maksimum qısa zamanda imzalanması, sülhün əldə olunması yönündə ciddi addım olacaq”, - o deyib.

Ancaq o da deyilir ki, Ermənistandakı seçkilərdən öncə sülh sazişinin imzalanması inandırıcı deyil. Daha çox ehtimal edilir ki, seçkidən sonra sülh müqaviləsinin imzalanacağıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasının ləğvi tələbi qüvvədə qalır. Bu tələb yerinə yetirilməlidir ki, sülh sazişi imzalansın. 

Ümumiyyətlə, prosesi necə qiymətləndirmək lazımdır?

“Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması, indi, bütövlükdə Cənubi Qafqaz regionuna və Cənubi Qafqaz regionunda maraqlı olan bütün dövlətlərə olduqca vacibdir”. 

Bu sözləri TodayPress TV-yə politoloq Elçin Xalidbəyli deyib. 


“Məsələn, Amerika Birləşmiş Ştatları da Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlıdır. Çünki bu sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizinin açılacağı gözlənilir və Zəngəzur dəhlizinin açılması da Amerika Birləşmiş Ştatlarının həmin bölgəyə yerləşməsi anlamı daşıyır”, - o, həmçinin deyib.

“Məhz bundan sonra Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün heç bir problem qalmayacaq”

“Eyni zamanda, Türkiyə də Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasını gözləyir. Bu iki proses bir birinə paralel davam edir. Çünki rəsmi Ankaranın şərti ondan ibarətdir ki, əvvəlcə, yekun sülh sazişi imzalanmalıdır. Məhz bundan sonra Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün heç bir problem qalmayacaq. Ancaq hələlik Paşinyan hakimiyyətinin bu məsələdə konkret addımlar atmaq imkanları bir qədər məhdud görünür. Çünki Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gəlmək üçün müəyyən manevrlər etmək məcburiyyətindədir. Əgər parlament seçkilərində qalib gələrsə, o zaman Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması üçün bütün prosedurları yerinə yetirməyə çalışa bilər”, - politoloq deyib.

“Paşinyan hakimiyyəti də bu reallığı anlayır”

O, onu da vurğulayır ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların ləğvi referendum yolu ilə reallaşdırıla bilər:

“İlk növbədə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların ləğvi referendum yolu ilə reallaşdırıla bilər ki, Paşinyan hakimiyyəti bunu etməyə meylli görünür. Ardınca isə yekun sülh sazişi imzalana bilər. Bu da Zəngəzur dəhlizinin reallaşması anlamı daşıyır. Əslində, Paşinyan hakimiyyəti həm Azərbaycanla yekun sülh sazişinin imzalanmasına, həm Türkiyə ilə münasibətlərin normallaşmasına, həm də Zəngəzur dəhlizinin açılmasına böyük önəm verir. Çünki bu üç addımın atılması Ermənistan üçün inkişaf perspektivləri aça biləcək önəmli faktorlardır. Paşinyan hakimiyyəti də bu reallığı anlayır və bu istiqamətdə fəaliyyət göstərmək üçün bütün imkanlarını səfərbər etmiş kimi görünür. Ancaq Ermənistanda mövcud olan situasiya, Rusiyanın bu ölkəyə ciddi təsiri, eyni zamanda isə Ermənistanda Rusiyanın kəşfiyyat şəbəkəsinin Paşinyan hakimiyyətinə qarşı sərt, radikal mövqeyi ciddi problemlər yaradır. Paşinyan hakimiyyəti bu məsələləri mərhələli şəkildə həll etməyə üstünlük verir. Onlar növbəti parlament seçkilərində qalib gəlməyi hədəfləyir və bundan sonra da bu məsələlərin həlli gözlənilir. Ancaq bu məsələlərin necə və hansı müddət ərzində həll olunacağı bir qədər müəmmalı məsələdir. Yəqin ki, bu da ilk növbədə Ermənistanda keçiriləcək növbəti seçkilərdən və onun nəticələrindən asılı olacaq bir məsələdir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər