“Sizin siyasətiniz Putini çəkindirir” - Qordonun həyat yoldaşından AÇIQLAMA

“Sizin siyasətiniz Putini çəkindirir” - Qordonun həyat yoldaşından AÇIQLAMA
02.09.2025 13:19 Təhlil

"Ukrayna və Azərbaycanın tarixi çox oxşardır. Azərbaycanın torpaqlarının qaytarılması, müstəqilliyi, xalqı və bütövlüyü uğrunda mübarizəsi Ukraynaya nümunədir". 

Ukraynalı jurnalist Dmitri Qordonun həyat yoldaşı, jurnalist Alesia Batsman bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə necə çalışması da Ukrayna üçün böyük örnəkdir:

"Siz onları necə bərpa edirsiniz? İnsanları ora necə qaytarırsınız? Onlara nə təklif edirsiniz? Necə motivasiya edirsiniz? Mədəni dəyərlərə necə diqqətlə yanaşırsınız, necə sürətlə, keyfiyyətlə və sevgi ilə bərpa edirsiniz? Mən bütün bunları öz gözlərimlə görmək xoşbəxtliyinə malik olmuşam və bu, əlbəttə ki, bizdə – Ukraynada heyranlıq və ilham doğurur.

Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Dmitri Qordonun sualına cavab olaraq söylədiyi sözlər bu fikri bir daha vurğuladı: "Təslim olmayın, heç vaxt işğalla barışmayın, mübarizəni davam etdirin – hətta bütün dünyanın sizə qarşı olduğu, heç bir şansınız qalmadığı görünsə belə". 

Əslində, məhz bu ideyanı həm cənab İlham Əliyev, həm də bütün Azərbaycan xalqı hər zaman qəlbində daşıyıb".

A.Batsman Azərbaycana, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına bütün bu müddət ərzində Ukraynanı dəstəklədikləri üçün dərin minnətdarlığımı ifadə edib:

"Bilirsiniz, açıq şəkildə görülən, ictimaiyyətə bəlli olan hissədən danışsaq, biz göstərilən yardıma, Azərbaycandan gələn humanitar dəstəyə görə minnətdarıq. Amma biz eyni zamanda, ictimaiyyətə açıqlanmayan yardıma görə də təşəkkür edirik".

Ukraynalı jurnalsit Dmitri Qordonla Azərbaycana səfərlərinin onlar üçün çox motivasiyaedici olduğundan bəhs edib. O vurğulayıb ki, Bakının və digər şəhərlərin küçələri ilə gəzəndə insanlar onları saxlayır, dəstək sözləri söyləyir, Ukraynaya qələbə arzulayırdılar:

"Onlar bizim üçün narahat olduqlarını bildirir, hisslərimizi anladıqlarını söyləyirdilər. Çünki onlar da oxşar faciələri yaşamışdılar. Bu, çox önəmlidir. Eyni zamanda bu gün Azərbaycanın hansı istiqamətdə hərəkət etməsi, hansı mövqedə dayanması da son dərəcə vacibdir. Siz məqsədyönlü və qətiyyətlə irəliləyirsiniz, elə bir şəkildə yaşayırsınız ki, heç kimi, xüsusilə də Vladimir Putin Rusiyasının sizin torpaqlarınıza, müstəqilliyinizə, suverenliyinizə və rifahınıza əl uzatmaq barədə nə şübhəsi, nə də cəsarəti olsun".

Qiymət Mahir
TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Bütün Xəbərlər