Rusiyaya mədəniyyət dərsi: “Ayvazovskinin abidəsi qanunsuz formada yerləşdirilmişdi” – POLİTOLOQ

Rusiyaya mədəniyyət dərsi: “Ayvazovskinin abidəsi qanunsuz formada yerləşdirilmişdi” – POLİTOLOQ
01.08.2025 14:34 Təhlil

“Erməni əsilli rəssam İvan Ayvazovski (Hovhannes Ayvasyan) rus və ermənilər üçün dahi sənətkar sayıla bilər. Ancaq o, Azərbaycan üçün heç bir xüsusi tarixi və ya mədəni dəyər daşımır. Xankəndidəki abidəsinin sökülməsi nə Rusiyaya, nə də Ermənistana qarşı yönəlmiş mədəni xarakterli addım kimi dəyərləndirilməməlidir.”

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadəyə istinad edərək bildirib ki, həmin heykəl qanunsuz və planlaşdırılmamış şəkildə, müəyyən məqsədlərlə yerləşdirilmişdi. Bu səbəbdən, Azərbaycan onu öz ərazisində görmək istəməyib:

“Bakının bir çox görkəmli məkanlarında, məsələn, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişdiyi ərazidə Aleksandr Puşkinin heykəli və bağı illərdir yerində qalır. Əgər Azərbaycanın məqsədi mədəni irsi hədəf almaq olsaydı, bu abidələrə də müdaxilə olunardı. Lakin bu, baş verməyib. Bu baxımdan, Ayvazovskinin büstü ilə bağlı məsələnin şişirdilməsinə ehtiyac yoxdur. Həmin abidənin sökülməsi hər hansı xüsusi mesaj xarakteri daşımır, Azərbaycan bu addımla heç bir dairəyə nəsə anlatmağa çalışmır”. 

Analitik əlavə edib ki, bu hadisənin süni şəkildə siyasiləşdirilməsi cəhdləri əsassızdır və onun sülh danışıqlarına təsir edəcəyi qənaəti gerçəkliyi əks etdirmir:

“Azərbaycan öz suveren ərazisində kimə abidə qoyacağına özü qərar verir. Ermənistan tərəfi də bu reallığı çox yaxşı anlayır”.

Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış edib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Şvıdkoyun açıqlamasına münasibət bildirərək əlavə edib ki, Putinin xüsusi nümayəndəsi ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasiyasına qoşulur:

"Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub".

Qiymət Mahir

FOTOLAR

Rusiyaya mədəniyyət dərsi: “Ayvazovskinin abidəsi qanunsuz formada yerləşdirilmişdi” – POLİTOLOQ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər