Rusiya və Çin İranı dəstəkləsə, nə baş verəcək? – RƏY

Rusiya və Çin İranı dəstəkləsə, nə baş verəcək? – RƏY
19.06.2025 17:57 Təhlil

"Rusiya və Çin İsrail-İran münaqişəsində İrana dəstək verəcəklərsə, gərginlik gözləniləndən daha uzun çəkəcək".

Politoloq Samir Hümbətov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, Rusiya və Çin eskalasiyanı ciddi diqqətdə saxlayır:

“İsrail tərəfi əməliyyatların 2 həftə davam edəcəyini bildirsə də, Rusiya və Çinin İrana dəstəyi nəticəsində münaqişənin uzanma potensialı çoxdur. Rejimin sıradan çıxması asan məsələ deyil. Görünür ki, Rusiya və Çin bu məsələdə Qərblə bazarlıq edəcəklər. Bu, ciddi məsələdir. Nə Rusiya, nə də Çin bu məsələni diqqətdən kənar qoymaq istəyir. Rusiya Prezidenti Vladimir Putinin də mesajı məhz bu mövzuda istiqamətlənib ki, baş verə biləcək istənilən əməliyyat son nəticədə İran cəmiyyətini konseldasiya edə bilər”. 

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin müharibə başlayandan bəri ilk dəfə İrana açıq şəkildə dəstəyini ifadə edib.  

Qiymət Mahir

FOTOLAR

Rusiya və Çin İranı dəstəkləsə, nə baş verəcək? – RƏY — 1
XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər