Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...
07.06.2026 10:30 Təhlil

"Nəticəsinin regiondakı güc balansına təsiri Ermənistan seçkilərini geosiyasi rəqabət mərkəzinə çevrib. Müxalifət cəbhəsində Rusiya, hakimiyyət cəbhəsində Avropa Birliyi və ABŞ üz-üzədir".

TodayPress TV xəbər verir ki, bu  sözləri siyasi şərhçi Asir Nərimanlı deyib.

onun sözlərinə görə,Ukrayna məsələsində, ümumilikdə geosiyasi təsir dairələrinin bölüşdürülməsində maraqlarının nəzərə alınacağı ümidi ilə Vaşinqtonla birbaşa toqquşmadan çəkinən Moskva əsas rəqib kimi Brüsselin üzərinə gedir:

"AB-nin də əsas hədəfi Rusiyanın mövqelərini zəiflətmək və “boşalan yerini” ələ keçirməkdir. Ermənistan seçkilərində “qələbə” Avropa Birliyi üçün bir neçə kontekstdə əhəmiyyətlidir:

  • Gürcüstanda geri düşdükdən sonra Ermənistan üzərindən Cənubi Qafqazda “dayaq nöqtəsi” əldə etmək;

  • Avrasiyanın nəqliyyat şəbəkəsində - Orta dəhlizdə mövqelərini qorumaq;

  • Yeni beynəlxalq münasibətlər sistemində geosiyasi güc mərkəzi ambisiyalarını saxlamaq.

ABŞ seçkiyə TRİPP (Zəngəzur dəhlizi) başda olmaqla Cənubi Qafqazdakı layihələrinin davamlılığını təmin etmək kontekstində yanaşır və prosesdə təkcə Moskva yox, Brüssellə də rəqabət içində görünür. Hazırda ABŞ və AB Paşinyan üzərində uzlaşsalar da, seçkidən sonra Ermənistandakı mövqelər uğrunda rəqabət davam edə bilər.

Rusiya seçkiyə həlledici məqam kimi yanaşır və iki mümkün ssenaridən - a) Paşinyanın devrilməsi, b) müxalifətin parlamentdə təmsilçiliyinin artırılması və Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək - birinə nail olmağa çalışır. İstədiyini əldə etməmək Rusiyanın regiondakı mövqelərinə ciddi risklər yarada bilər: Paşinyanın mütləq qələbəsi Azərbaycanla sülh müqaviləsinin bağlanması, Türkiyə ilə sərhədlərin və Avropa bazarına çıxışın açılması deməkdir: hadisələr bu istiqamətdə inkişaf edərsə, Rusiya Ermənistan üzərində hazırda istifadə etdiyi ən təsirli rıçağını – iqtisadi imkanlarını da tədricən itirəcək və Moskvadan asılılığı azalan rəsmi İrəvan Rusiyanın “qırmızı xətt”inə - 102-ci bazanın çıxarılmasına doğru irəliləyəcək; hərbi bazanın əldə çıxması Rusiya üçün təkcə Ermənistanda yekun məğlubiyyət yox, həm də NATO-nun cənub cinahına qarşı “dayaq nöqtəsi”ni itirmək deməkdir.

Beləliklə, bölgədəki güc balansı tamamilə Rusiyanın əleyhinə dəyişə, Moskvanın “geri dönüş” imkanları aradan qalxa bilər; bunu anlayan Rusiyanın Paşinyan seçiləcəyi təqdirdə, seçkidən öncə sərgilədiyi kəskin mövqeyi yumlaşdacağı gözləniləndir.

Geosiyasi rəqabət fonunda məğlub olan tərəfin nəticəni tanımaqdan imtina etməsi və qarşıdurmanın olması riski ön plandadır".

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər