Rusiya Prezidenti Düşənbədə yeni reallıqla barışmağa məcbur qaldı – Ramiz Yunus AÇIQLADI

Rusiya Prezidenti Düşənbədə yeni reallıqla barışmağa məcbur qaldı – Ramiz Yunus AÇIQLADI
19.10.2025 15:13 Təhlil

“18 oktyabr doğma vətənim Azərbaycanda ölkənin SSRİ-dən dövlət müstəqilliyinin bərpası günü kimi rəsmi şəkildə qeyd olunur”.


TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.

O qeyd edib ki, bu qərar 1991-ci ilin oktyabrında parlament tərəfindən konstitusiya səviyyəsində təsbit edilib və Azərbaycanı 1918-ci il 28 maydan 1920-ci il 28 aprelədək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi tanıyıb:


“Həmin tarixdən sonra Azərbaycanın uzunmüddətli sovet işğalı dövrü başlanıb. 27 sentyabr 2020-ci ilə qədər azərbaycanlıların şüurunda “müstəqillik” anlayışı daha çox formal məna daşıyırdı, çünki Birinci Qarabağ müharibəsindən sonra ərazimizin 20 faizi Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci ildə Azərbaycan Ordusunun Qələbəsindən, ardınca isə 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən bir günlük antiterror əməliyyatından və 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltdığı gün ölkənin suverenliyi və ərazi bütövlüyünün tam bərpasından sonra “Azərbaycanın dövlət müstəqilliyinin bərpası” anlayışı həm forma, həm də məzmun baxımından özünün tam mənəvi və real mahiyyətini 100 faiz tapdı”.

Professor əlavə edib ki, son beş ildə regionun bütün status-kvosu tamamilə dəyişib və bu geosiyasi proses təkcə regional səviyyədə deyil, həm də onun hüdudlarından çox-çox uzaqlarda öz əksini tapmaqdadır:

“Bunun üçün sadəcə Azərbaycanın ABŞ ilə hazırkı münasibətlərinə, xüsusilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev arasında formalaşmış qarşılıqlı hörmətə əsaslanan şəxsi əlaqələrə baxmaq kifayətdir. Həmçinin Azərbaycan–Çin münasibətlərinin dinamikasına və Avropa İttifaqının Azərbaycanla bağlı siyasətində sürətlə dəyişən mühitə diqqət yetirmək lazımdır.


Azərbaycan–Rusiya münasibətlərinə gəldikdə isə, “rus sülhməramlılarının” Qarabağdan razılaşdırılmış vaxtdan əvvəl çıxarılmasını, Qroznı yaxınlığında Rusiyanın Azərbaycan mülki təyyarəsini vurmasından sonra iki ölkə arasında yaranmış siyasi böhranı və Azərbaycan Prezidenti tərəfindən dövlət maraqlarının müdafiəsində nümayiş etdirilən qətiyyət və prinsipiallığı xatırlatmaq kifayətdir. Məhz bu möhkəm iradə nəticəsində Rusiya Prezidenti Vladimir Putin Düşənbədə həmin reallıqla barışmağa məcbur qaldı. Bu faktın özü çox şeyi ifadə edir”.


R.Yunus Azərbaycan və İran münasibətlərində də ciddi dəyişikliklər baş verdiyini deyib. O bildirib ki, Tehran da regionda formalaşmış yeni status-kvonu və Bakının lider rolunu qəbul edib.


“Doğma Azərbaycanımın nailiyyətlərini, xüsusən də son beş ildə əldə olunan uğurları çox sadalamaq olar. Lakin yuxarıda qeyd olunan faktlar kifayət qədər aydın göstərir ki, müasir Azərbaycan öz suverenliyini və dövlət müstəqilliyini qorumaq naminə bir yumruq kimi birləşmiş xalqın parlaq nümunəsidir.

18 oktyabr həm formaca, həm də məzmunca xalqımız üçün həqiqi bayram gününə çevrilib. Doğma vətənimi – Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm!” - deyə professor fikrini yekunlaşdırıb. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər