Rusiya Ermənistanı Çeçenistanın gününə salmaq planına start verdi: Respublika Meydanında dar ağacları qurulur?

Rusiya Ermənistanı Çeçenistanın gününə salmaq planına start verdi: Respublika Meydanında dar ağacları qurulur?
11.06.2026 14:55 Təhlil

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası təxminən 49–50% səs toplayaraq yenidən parlament çoxluğunu təminetməsindən sonra Rusiya ilə münasibətlər əsas müzakirə mövzusuna çevrildi.

Maraqlıdır, Rusiya niyə Nikol Paşinyanın legitimliyini tanımaq prosesini uzadır və bunun arxasında hansı geosiyasi və daxili siyasi hesablamalar dayanır?


Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə TodayPress TV- yə danışıb.

O bildirib ki, Rusiya Ermənistanda keçirilən seçkilərlə bağlı kifayət qədər sərt mövqe nümayiş etdirib:

"Xüsusilə, həm Dmitri Peskovun, həm də Mariya Zaxarovanın açıqlamalarından görünür ki, rəsmi Moskvanın mövqeyi seçkilərin demokratik standartlara uyğun keçirilmədiyi, müxalifətə qarşı təzyiq və zorakılıq hallarının baş verdiyi, eləcə də seçki prosesində saxtakarlıq iddialarının mövcud olduğu istiqamətindədir".

Analitikin qənaətincə, məhz buna görə də Rusiya Prezidenti hələ də Nikol Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyib:

"Halbuki ABŞ Prezidenti onu qələbəsi münasibətilə təbrik edib. Göründüyü kimi, Rusiya seçkilərin legitimliyini sual altına almaqla Nikol Paşinyana müəyyən siyasi təzyiq göstərməyə çalışır. Moskva bununla Paşinyanın Qərbə və Avropa inteqrasiyasına yönəlmiş siyasətindən qismən də olsa geri çəkilərək Rusiyaya daha çox yaxınlaşmasını hədəfləyir".

Ekspert əlavə edib ki, Rusiya tərəfi bu mesajı verir:

"Əgər Ermənistan Qərblə inteqrasiyanı daha da dərinləşdirərsə, Moskva Paşinyanın siyasi legitimliyini və seçkilərin nəticələrini tanımaya bilər. Başqa sözlə, Kreml Ermənistanın Rusiya ilə münasibətlərə daha çox önəm verməsini istəyir. Rusiya hesab edir ki, Nikol Paşinyanın hazırkı siyasəti müəyyən mənada anti-Rusiya xarakteri daşıyır. Buna görə də Moskva əlində olan müxtəlif təsir və təzyiq vasitələrindən istifadə etməklə Paşinyanı öz şərtləri çərçivəsində dialoqa cəlb etməyə çalışır.

M.Əsədullazadə hesab edir ki, Nikol Paşinyan geri addım atmayacaq və Avropa ilə, ümumilikdə Qərblə əməkdaşlıq və tərəfdaşlıq siyasətini davam etdirəcək. O, bildirib ki, zaman keçdikcə Rusiya da Paşinyan hökuməti ilə münasibətləri normallaşdırmağa məcbur olacaq.

Politoloq, həmçinin diqqətə çatdırıb ki, digər tərəfdən, Rusiyanın məqsədlərindən biri də Ermənistanda müxalifətə qarşı zorakılıq və repressiya hallarının genişlənməsinin qarşısını almaq ola bilər. Seçkilərin nəticələrini və legitimliyini sual altına almaqla Moskva, eyni zamanda, Rusiyayönümlü siyasi qüvvələrə qarşı təzyiqlərin dayandırılmasını tələb etməyə çalışa bilər.

Jalə Rövşən

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər