Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi

Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi
19.06.2026 12:00 Təhlil

Cənubi Qafqazda son vaxtlar baş verən geosiyasi proseslər və bəyanatlar regionda gərginliyin artdığını və maraqların toqquşduğunu göstərir. Ermənistandakı seçkilər artıq bitib, amma müxalifət Rusiyanın dəstəyini də əldə edərək birləşmə çağırışlarını yeniləyib.

Görünən odur ki, Paşinyan öz siyasi rəqibləri həm Karapetyanı, həm də Koçaryanı həbsə atmaqda maraqlıdır və bununla da Rusiyanın onların arxasından Ermənistanda sərgilədiyi gücü sıfırlamaq niyyəti güdür.İkinci önəmli məsələ isə budur:

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Dilijanda görüşdülər. Bu görüşdən sonra qəfilədən Paşinyan belə bir açıqlama verdi ki, Cənubi Qafqazda bəzi tərəflər yeni toqquşma törətməyin həvəsindədirlər, çalışırlar, təxribat törədirlər.

Paşinyanın bu xəbərdarlığında Rusiyanın adı çox hallansa da, bəzi mənbələr İranı işarə edir. Xüsusilə İran-Amerika Birləşmiş Ştatları arasındakı müqavilədən sonra Hörmüz boğazındakı konfliktin artması fonunda İran özünü qalib gəlmiş hesab edir və prosesi bu formada, bu fonda çəkib daşımaq istəyir – xüsusilə də Zəngəzur (Trump) dəhlizinə qarşı.

Tehran həmişə bu məsələni Azərbaycan əleyhinə istifadə etməyə çalışıb. Nəticə olaraq, regionda formalaşan son geosiyasi durum İranın da iştirakı ilə yeni bir bölgəsəl müharibənin fitilini atəşləndirə bilərmi?

Bu baxımdan tərəflər diplomatik kanallardan istifadə etməyə səy göstərsələr də, daxili siyasi mübarizə, Rusiya və İranın maraqlarının toqquşması gərginliyin davam etməsinə səbəb olur.

Əziz Əlibəyli

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər