Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz...

Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz...
13.07.2026 10:37 Təhlil

Rusiya Prezidenti Vladimir Putin deyir ki, “Dollardan xarici siyasət mübarizəsi aləti kimi istifadə etmək ABŞ siyasi rəhbərliyinin etdiyi ən böyük strateji səhvlərdən biridir... siz ABŞ dollarını öz əllərinizlə öldürürsünüz.”

Qeyd edək ki, 1999-cu ildə qlobal mərkəzi bank ehtiyatlarında təxminən 71% paya malik olan dollar bu gün 57% səviyyəsinə enib.

Putin haqlıdırmı? Niyə bu proses baş verir? 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə danışıb.


Ekspert vurğulayıb ki, Amerika dolları hələ də dünyada bir nömrəli valyuta olaraq qalır:

"Dünya ticarətində müəyyən azalmalar olubsa, bu da avroya görə baş verib. Yəni əvvəllər avro yox idi, indi isə avro var və dollara rəqibdir. Dollarla avro daha çox rəqabət aparır və avro ilə ticarət dövriyyəsi artdıqca, təbii olaraq dollarla ticarət dövriyyəsi azalır. Amma hələ də dünya ticarət dövriyyəsinin yarıdan çoxu dolların payına düşür".

O, Putinin aqressiyasının əsas səbəblərini açıqlayıb:

"Putinin bu istəyi və qəzəbi ondan ibarətdir ki, Rusiyanı dollar iqtisadiyyatından kənarda qoyublar. Onu qıcıqlandıran əsas məqam da budur. Bu baxımdan, bəli, Rusiyanın dollar iqtisadiyyatından kənarda qalması, dollarla aparılan alqı-satqıya sanksiyalar vasitəsilə məhdudiyyətlərin qoyulması dollara da müəyyən qədər ziyan vurur. Amma  bu, dollar iqtisadiyyatına ziyan vurursa, Rusiya iqtisadiyyatına beş qat artıq ziyan vurur. Bu nöqteyi-nəzərdən Putinin dedikləri həqiqətin yalnız bir hissəsidir".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... — 1
XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər