Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək

Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək
18.06.2026 21:27 Təhlil

"ABŞ–İran razılaşmasının təsirləri Cənubi Qafqazda hiss olunmağa başlayır".

TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Nizam Cəfərsoy bildirib.

Onun sözlərinə görə, əsasən Ali Rəhbər Müctəba Xameneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti kimi çoxsaylı İran rəsmiləri və media orqanları Zəngəzur dəhlizinə mane olmaq üçün Ermənistanı müxtəlif yollarla təhdid etməyə başlayıblar.

Politoloq qeyd edib ki, bununla kifayətlənməyən və müharibəni qazandığına inanan İran regionda Azərbaycan və Türkiyənin inteqrasiya prosesi ilə bağlı bütün layihələrə mane olmaq üçün sərt reaksiya verməyə davam edəcək.

Nizam Cəfərsoy əlavə edib ki, Türkiyə həmçinin İranın Suriya və İraqdakı ənənəvi rəqabətinə hazır olmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər