Politoloq: "Qafqaz regionunda Azərbaycanın iradəsi ilə yeni təhlükəsizlik mühiti formalaşıb"

Politoloq: "Qafqaz regionunda Azərbaycanın iradəsi ilə yeni təhlükəsizlik mühiti formalaşıb"
11.10.2025 10:00 Təhlil

Finlandiyanın xarici işlər naziri və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen oktyabrın 13-15-də Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. 

Finlandiya XİN-in məlumatına görə, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədr kimi Cənubi Qafqaza ilk səfəridir. 

Səfərin məqsədi bölgədə təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Məsələni TodayPress TV-yə şərh edən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfəri ümumi kontekstdə region ölkələri ilə ATƏT arasında qarşılıqlı münasibətlərin və əməkdaşlıq imkanlarının mövcud vəziyyətini nəzərdən keçirmək və perspektivlərini qiymətləndirmək baxımından vacibdir.

“Azərbaycan tərəfi dəfələrlə haqlı olaraq narazılığını bildirdi”

Ekspert qeyd edib ki, ATƏT hər şeydən öncə öz yaradılma məqsədinə və adına uyğun fəaliyyət göstərmək imkanlarından məhrumdur:

“ATƏT-in Minsk qrupu yaradıldı ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi vəziyyətini dinc vasitələrlə həll etsin. Bu istiqamətdə ya heç bir addım atmadı, ya da atmaq niyyətində deyildi. Azərbaycan tərəfi dəfələrlə haqlı olaraq narazılığını bildirdi. Bunun baş verməməsinin əsas səbəbi uyğun resursların və mexanizmlərin mövcud olmamasıdır. Təhlükəsizlik məsələləri ilə məşğul olan təşkilatın müvafiq mexanizmləri və gücü olmalıdır. Münaqişə vəziyyətində tərəflər arasında sülh yaratmaq missiyası həyata keçirmək üçün ATƏT-in resursları və mexanizmləri kifayət etmirdi”.

“Azərbaycan tərəfinin təşəbbüsü ilə “3+3” formatı yaradılıb№

Politoloq onu da qeyd edib ki, bu səfər çərçivəsində əməkdaşlıq sahəsində imkanları nəzərdən keçirmək mümkündür:

“Cənubi Qafqaz regionunda Azərbaycanın təşəbbüsü ilə yeni təhlükəsizlik mühiti formalaşıb. Öz torpaqlarımızı Ermənistanın işğalından azad etməklə regionda təhlükəsizlik mühitini yeni keyfiyyət mərhələsinə qaldırdıq. Eyni zamanda Azərbaycan tərəfinin təşəbbüsü ilə “3+3” formatı yaradılıb və bu təşəbbüs çərçivəsində görüşlər keçirilir, addımlar atılır. Yaxın günlərdə “3+3” formatı üzrə yeni müzakirələr baş tutacaq. Ehtimal olunur ki, bu müzakirələr Azərbaycanda da keçiriləcək”.

“İstiqamətlər bəllidir, yeni perspektivlər ola bilər”

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin regiona ilk səfəri həm yeni geosiyasi konfiqurasiya ilə tanışlıq, həm də yeni sədrin baxışları baxımından region ölkələri üçün maraqlıdır:

“Müəyyən təəssürat yaranacaq ki, bundan sonra əməkdaşlığın istiqaməti necə olacaq. Təbii ki, istiqamətlər bəllidir, yeni perspektivlər ola bilər. ATƏT hər zaman funksional olmur və yaradılma mahiyyətinə uyğun fəaliyyət göstərə bilmir. Amma nəticə etibarilə bura beynəlxalq platformadır və səfər çərçivəsində iştirakçılar öz maraqlarını qorumaq, ümumi maraqlar barədə təsəvvürlərə sahib olmaq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək imkanı qazanırlar",- analitik son olaraq bildirib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 Bütün Xəbərlər