Podqoritsada “türklər getməlidir” səsləri yüksəlir... — Gərginlik kimə sərf edir?

Podqoritsada “türklər getməlidir” səsləri yüksəlir... — Gərginlik kimə sərf edir?
30.10.2025 15:03 Təhlil

Son günlər Monteneqroda türkiyəli mühacirlərə qarşı zorakılıq halları və paralel olaraq bir sıra Türkiyə və Azərbaycan vətəndaşlarının saxlanılması qeydə alınır. 


Oktyabrın 25-də paytaxt Podqoritsada baş vermiş dava zamanı bir monteneqrolu bıçaqlanıb, onun xəsarətlərinin həyatına təhlükə yaratmadığı bildirilir. Hadisə ilə bağlı Türkiyə və Azərbaycan vətəndaşları şübhəli şəxs kimi saxlanılıb. Bundan əlavə, bu iki ölkədən olan onlarla şəxs Monteneqroda qanuni sənədlərinin olmaması şübhəsi ilə saxlanılıb.


Dava nəticəsində vandallar Podqoritsadakı türkiyəli sahibkara məxsus restoranın şüşələrini sındırıblar; digər hallarda isə türkiyəli immiqrantlara məxsus avtomobillər yanıb. Bir neçə Türkiyə vətəndaşı fiziki hücuma məruz qaldıqlarını bildiriblər. Oktyabrın 26 və 27-də əsasən türklərin yaşadığı məhəllələrdə toplaşan kütlə yürüş edərək “türklər getməlidir”, “türkləri öldürün” kimi çağırışlar səsləndirib.


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, hadisə adi məişət zəminində baş verən insidentin nəticəsində böyüyərək gözlənilməz hal alıb və heç xoş deyil:

"Əgər hər hansı ölkənin vətəndaşı getdiyi ölkədə qanunlara zidd davranırsa, bu, istər-istəməz gərginlik ocağı yaradır. Bu proseslərdə maraqlı qüvvələrin rolunu da görmək mümkündür. Monteneqro kiçik dövlətdir və əhalisinin sayı bir milyona belə çatmır. Sabit, turizm yönümlü ölkədir. Bu hadisə, ilk növbədə, bir reallığı göstərir: istənilən ölkəyə səfər edən şəxs bilməlidir ki, o, xaricdə öz dövlətinin nümayəndəsidir. Hər kəs öz davranışına diqqət etməli, etik normalara və yerli qanunlara riayət etməlidir".


Ekspert diqqətə çatdırıb ki, bəzi hallarda belə fors-major situasiyalardan destruktiv qüvvələr istifadə etməyə çalışırlar:

“Monteneqroda bu cür vəziyyətin formalaşdığını hiss edirəm. Baş verən hadisə əslində böyük deyil, lakin onu şişirdənlər öz məqsədlərini güdürlər. Hazırda Monteneqroda təxminən 15 minə yaxın türkiyəli vətəndaş yaşayır, onların orada biznesləri var və demək olar ki, yerli həyata inteqrasiya olunublar. Eyni vəziyyət azərbaycanlı vətəndaşlara da aiddir. İstər türkiyəlilər, istər azərbaycanlılar və ya digər icmalar Monteneqroda biznes qurursa, bu, ölkə büdcəsinə fayda gətirir. Lakin burada bir məqam diqqətdən qaçmamalıdır: belə ki, kiçik bir ölkə üçün Türkiyədən gələn 15 min nəfərlik icma az rəqəm deyil. Monteneqro hazırda Avropa İttifaqına üzvlüyə hazırlaşır və ehtimal olunur ki, bu proses 2028-ci ilə qədər başa çatacaq. Danışıqların gedişatı göstərir ki, Podqoritsa Brüsselin bütün tələblərinə əməl edir və siyasi risk daşımır. Qonşuları ilə heç bir ərazi iddiası yoxdur, ölkə sabit və təhlükəsizdir. Lakin orada türkiyəli vətəndaşların kifayət qədər çox olması fonunda bəzi dairələr Aİ-yə üzvlük ərəfəsində onları oradan sıxışdırıb çıxarmağa cəhd edə bilər. Bu mənim ehtimalımdır və istisna etmirəm. Görünür, yox yerdən yaradılmış gərginlik təsadüfi deyil”.

T.Abbasov sonda əlavə edib ki, hazırda həm Azərbaycan, həm də Türkiyə tərəfi bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə danışıqlar aparır. Onun sözlərinə görə, məsələni yerindəcə lokallaşdırmaq və gərginliyin artmasının qarşısını almaq mümkün idi.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər