Orta Dəhlizdə yük dövriyyəsi artır: Azərbaycan tranzit imkanlarını gücləndirir

Orta Dəhlizdə yük dövriyyəsi artır: Azərbaycan tranzit imkanlarını gücləndirir
25.09.2025 12:26 Təhlil

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nyu-Yorkda “6-cı Xəzər Biznes Forumu”nda çıxış edərək bildirib ki, Orta Dəhliz vasitəsilə yük daşımalarının həcmi yaxın illərdə 50 milyon tondan çox arta bilər. Bunun üçün Azərbaycan əlavə investisiyalar yatırır və Bakı limanının yükötürmə qabiliyyətinin artırılması istiqamətində işlər aparılır.

Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışıb.

O bildirib ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çindən Avropaya və əks istiqamətdə yük daşımalarını sürətləndirir:

"Bu dəhliz vasitəsi ilə yüklər Çindən Avropaya 10-14 gün ərzində çatdırılır ki, bu da digər marşrutlarla müqayisədə əhəmiyyətli üstünlükdür".

Analitikin sözlərinə görə, dəhliz iki əsas istiqamət üzrə işləyir: biri Gürcüstanın Poti və Batumi limanlarından, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə. Dəhlizin əsas üstünlüklərindən biri Rusiyadan yan keçməsi və Çindən gələn yüklərin Mərkəzi Asiya ölkələri vasitəsilə Xəzər dənizi və Gürcüstan limanlarına, oradan isə Türkiyə və Avropaya çatdırılmasıdır.

Politoloq vurğulayıb ki, hələlik dəhliz var gücü ilə işləməsə də, daşınan yük həcmi təxminən 3–4 milyon ton səviyyəsindədir. Zəngəzur dəhlizinin açılması isə Orta Dəhlizin imkanlarını artıracaq və yük daşımalarının həcmini xeyli yüksəldəcək.

O əlavə edib ki, bəzi dövlətlər, xüsusən İran və Rusiya, dəhlizin var gücü ilə işləməsində maraqlı deyillər:

"İranın müqaviməti yükün ölkəsindən yan keçməsi ilə bağlıdır, Rusiyanın iştirakı isə marşrutda azdır. Buna baxmayaraq, Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycan dəhlizin tam potensialından istifadə etməkdə maraqlıdırlar. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasında həlledici rol Azərbaycana məxsusdur və yaxın illərdə Orta Dəhliz vasitəsilə ildə 50 milyon ton və daha çox yükün daşınması mümkündür", - ekspert fikrini tamamlayıb.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Orta Dəhlizdə yük dövriyyəsi artır: Azərbaycan tranzit imkanlarını gücləndirir — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər