"Moskva sülhə kəskin müqavimət göstərəcək" – Ramiz Yunus AÇIQLADI

"Moskva sülhə kəskin müqavimət göstərəcək" – Ramiz Yunus AÇIQLADI
15.07.2025 10:11 Təhlil

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidəki görüşü bu iki ölkə arasında münasibətlərin yenidən qurulması prosesinin real mərhələyə qədəm qoyduğunu göstərir. Kreml bu görüşə ağrılı reaksiya verdi və bu, tamamilə gözlənilən idi. Çünki Bakı ilə İrəvan arasında barışığın əldə olunması Rusiya üçün regionda geosiyasi məğlubiyyət deməkdir və bu, Kremlin maraqları baxımından ciddi nəticələr doğura bilər”.

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bu fikirləri özünün “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Moskvanın sözügedən sülh prosesinə qarşı kəskin müqavimət göstərəcəyi ehtimal edilir:

“Tarixən Rusiya Azərbaycan və Ermənistan arasındakı münaqişədən öz maraqları naminə istifadə edib, “parçala və hökmranlıq et” prinsipinə əsaslanaraq hər iki tərəfi bir-birinə qarşı balanslaşdırmağa çalışıb. Hazırda həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərdə eyni vaxtda müşahidə olunan gərginlik bu siyasətin canlı sübutudur”.

Ekspertin fikrincə, Rusiyanın Ukraynaya qarşı təcavüzü Kremlin strateji səhvi olub və bu, onun beynəlxalq nüfuzunu zəiflədib:

“Rusiya-Ukrayna cəbhəsində Moskvanın problemləri artdıqca, bu, Kremlin sərhədləri boyunca ümumi təsir imkanlarının daha da zəifləməsinə gətirib çıxara bilər. Nəticədə  keçmiş sovet respublikaları üçün xarici siyasətdə daha çox müstəqillik əldə etmək, Moskvadan asılılığı aradan qaldırmaq baxımından real imkanlar yaranır”.

Ramiz Yunus vurğulayıb ki, bu tendensiyanın ən bariz nümunəsi məhz Azərbaycandır. Bakı uzunmüddətli və sistemli şəkildə bu mərhələyə hazırlaşaraq bu gün siyasi, iqtisadi və hərbi-texnoloji baxımdan Cənubi Qafqazın liderinə çevrilib. Bu mənada, ABŞ-nin sayca 16-cı prezidenti olan Avraam Linkolnun  sözləri xüsusilə yerinə düşür: “Hazırlaşacam, şansım isə əvvəl-axır özü yaranacaq". 

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər