Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi

Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi
27.10.2025 14:09 Təhlil

Azərbaycan Rusiyadan Ermənistana malların tranzitinə öz dəmir yolları vasitəsilə icazə verməyə razılıq verib. 

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Kuala-Lumpurda ASEAN tədbiri zamanı bildirib. 

Onun sözlərinə görə, artıq “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla təşkilati məsələləri müzakirə edir və yeni logistika marşrutu hazırlanır.

“Rusiyanın Ermənistanla sərhədi olmadığına görə bir çox yüklər Gürcüstan vasitəsilə daşınır”

Mövzu ilə bağlı TodayPress TV -yə danışan siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, regionda yeni əməkdaşlıq imkanları formalaşır: 

"Təbii ki, bu prosesdə, yəni Cənubi Qafqazda qarşılıqlı etimad və əməkdaşlığın formalaşmasında əsas addım atan ölkə olan Azərbaycan, regional tranzit, nəqliyyat və iqtisadi tərəfdaşlıqla bağlı bölgədə maraqları kəsişən bütün ölkələrlə sağlam əlaqələrə söykənən münasibətlər formalaşdırır. Ötən həftə Qazaxıstandan taxılın Azərbaycan vasitəsilə Ermənistana aparılması üçün tranzit rüsumlarının aradan qaldırılması və Azərbaycanın Rusiyadan gələn malların Ermənistana tranzitinə razılıq verməsi regionda yeni iqtisadi kommunikasiyaların açılması baxımından çox mühüm addım sayıla bilər. Məlumdur ki, Rusiyanın Ermənistanla sərhədi olmadığına görə bir çox yüklər Gürcüstan vasitəsilə daşınır, bu isə qış aylarında yollarda ciddi problemlərə yol açır. Bu razılaşmadan sonra Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımaları hər iki tərəf üçün ticarət əlaqələrinin daha da asanlaşmasına gətirib çıxaracaqdır".

“Azərbaycan regional nəqliyyat qovşaqlarının ən əlverişli mövqelərindən birində yerləşir”

Analitik qeyd edib ki, bu proses Azərbaycanı regionun əsas nəqliyyat qovşağına çevirərək onun geoiqtisadi rolunu daha da gücləndirir: 

"Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Rusiya da fəal şəkildə tranzit olaraq bu yolun imkanlarından istifadə edə biləcək və yüklərini həm Ermənistana, həm İrana, həm də Türkiyəyə nəql edəcəkdir. Azərbaycan regional nəqliyyat qovşaqlarının ən əlverişli mövqelərindən birində yerləşir və təbii ki, regional ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verir. Burada Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub nəqliyyat və tranzit imkanları da nəzərdən keçirilir".

“Bundan bütün region ölkələri fayda götürəcək”

Ekspertin sözlərinə görə bu  regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək:

"Azərbaycan üçün ən vacib məsələ bütün regional nəqliyyat bağlantılarının açılması və işlək olmasıdır. Şübhəsiz ki, bundan bütün region ölkələri fayda götürəcək və mümkün olan maneələr və blokadalar aradan qaldırılacaq. Bu cür konstruktiv addımların atılması və bölgə ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən töhfə yeni yolların və dəhlizlərin açılmasına, qarşılıqlı etimad və sülh quruculuğuna da öz müsbət təsirini göstərir".

“Cənubi Qafqaz bir sülh, əməkdaşlıq və regional qovşaq rolunu oynayır”

O, həmçinin əlavə edib ki, Azərbaycan mühüm strateji qovşaq rolunu gücləndirir: 

"Bu gün Azərbaycan həm Şərqdən Qərbə, həm də Şimal-Cənub nəqliyyat bağlantılarının qurulmasında aparıcı ölkəyə çevrilməkdədir və ölkəmizin geostrateji mövqeyi buna imkan verir. Şimal qonşumuzun Cənubi Qafqaza təsir imkanlarına gəldikdə isə düşünürəm ki, artıq Rusiyanın bölgədə mövcudluğu nəyisə qəbul etdirməkdən daha çox sağlam əməkdaşlıq ruhuna uyğun şəkildə formalaşır. Şimal qonşumuz da anlayır ki, Cənubi Qafqaz bir sülh, əməkdaşlıq və regional qovşaq rolunu oynayır və Rusiyanın da bu prosesdə fəal rol almaq niyyətində olduğu görünür".

Jalə Rövşən 

FOTOLAR

Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəfə aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Bütün Xəbərlər