Mehriban Vəliyeva: “Heydər Əliyevin qayıdışı müstəqilliyimizi davamlı etdi”

Mehriban Vəliyeva: “Heydər Əliyevin qayıdışı müstəqilliyimizi davamlı etdi”
17.10.2025 17:50 Təhlil

“18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü dövlətçilik tariximizin ən mühüm dönüm nöqtələrindən biridir”.

Milli Məclisin deputatı Mehriban Vəliyeva bu sözləri TodayPress TV-yə açıqlamasında deyib. 


O, həssas məqamda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının müstəqilliyimiz üçün önəmindən bəhs edib:


“1991-ci ildə qəbul olunan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalqımız yenidən suveren dövlət qurmaq iradəsini nümayiş etdirdi. Lakin bu müstəqillik asanlıqla əldə edilmədi və onun qorunması üçün həm siyasi iradə, həm də milli birlik zəruri idi. XX əsrin sonlarında ölkədə siyasi xaos, iqtisadi böhran, torpaqların işğalı və separatizm təhlükəsi Azərbaycan dövlətçiliyini sual altına almışdı. Belə həssas məqamda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini real və davamlı etdi.

Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin ideya-siyasi əsaslarını formalaşdırdı, milli dövlətçilik ənənələrini bərpa etdi və beynəlxalq aləmdə Azərbaycanın tanınmasını təmin etdi. Güclü dövlət institutlarının yaradılması, ordu quruculuğu, neft strategiyası və balanslı xarici siyasət Heydər Əliyevin uzaqgörən liderliyinin nəticəsi idi. Əgər 1993-cü ildən sonra ölkədə sabitlik bərpa edilməsəydi, bugünkü müstəqil Azərbaycan modeli mövcud olmazdı. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası suveren dövlətin siyasi hüquqi sütunlarını möhkəmləndirdi. Ulu Öndərin “Müstəqillik bizim ən böyük sərvətimizdir” fikri bu gün də strateji yol xəritəsi olaraq qalır”.

Millət vəkili əlavə edib ki, məhz bu ideyaların davamı kimi Prezident İlham Əliyev müstəqilliyi sadəcə siyasi status deyil, real gücə çevirdi:


“XXI əsrdə Azərbaycanın beynəlxalq nüfuzunun artması, qlobal enerji və nəqliyyat layihələrinin mərkəzində dayanması, iqtisadi inkişafın davamlı xarakter alması məhz onun apardığı siyasətin nəticəsidir. Prezident İlham Əliyevin fəaliyyəti müstəqilliyin yeni mərhələsini – qalib, söz sahibi olan Azərbaycanın yüksəlişini təmin etdi. Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır, beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirilir və eyni zamanda milli maraqların təmin edilməsi üçün güc və diplomatiya balanslaşdırılmış şəkildə tətbiq edilir.

Azərbaycan müstəqilliyini qorumağın ən mühüm şərti olan ərazi bütövlüyünü də məhz bu mərhələdə bərpa etdi. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə, 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bu, təkcə hərbi uğur deyil, həm də milli iradənin, uzunmüddətli strategiyanın və sarsılmaz dövlətçilik prinsipinin təntənəsidir. Azərbaycan postmünaqişə dövründə sülh təşəbbüsləri irəli sürür, regionda dayanıqlı təhlükəsizlik və əməkdaşlıq modelini formalaşdırır. Müstəqilliyin qorunması artıq yalnız müdafiə deyil, eyni zamanda inkişaf, inteqrasiya və qlobal proseslərə təsir imkanları ilə ölçülür.


Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət suverenliyin hərtərəfli təminatını əhatə edir. Hüquqi-siyasi müstəqilliklə yanaşı, iqtisadi müstəqillik gücləndirilmiş, enerji sahəsində əldə edilən nailiyyətlər ölkəmizə strateji üstünlüklər qazandırmışdır. Humanitar diplomatiya və beynəlxalq təşkilatlarda fəal iştirak Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş statusunu möhkəmləndirmişdir. Eyni zamanda ordu quruculuğunda aparılan islahatlar Azərbaycanın regionda ən güclü hərbi qüvvəyə çevrilməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan müstəqilliyini yalnız qoruyan deyil, həm də onu daha güclü edən nümunəvi bir dövlət modelidir”.

M.Vəliyeva Müstəqilliyin Bərpası Gününü, eyni zamanda milli birlik və vətənpərvərlik rəmzi adlandırıb. O bildirib ki, bu gün Azərbaycan cəmiyyəti dövlətçiliyin əhəmiyyətini dərk edir, Heydər Əliyev ideyaları və İlham Əliyev liderliyi ətrafında sıx birləşir:


“Gənc nəsil müstəqillik şüuruna sahibdir və modern, güclü, suveren Azərbaycan üçün çalışır. Dövlətin sosial rifah siyasəti, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən islahatlar milli kimliyi və dövlətçilik dəyərlərini daha da möhkəmləndirir. Müstəqillik yalnız tarixi hadisə deyil, hər gün yenidən təsdiq olunan siyasi reallıqdır.

Bu gün Azərbaycan suverenliyini qorumaqla yanaşı, onu gələcək nəsillərə daha güclü şəkildə ötürmək missiyasını yerinə yetirir. Müstəqilliyin bərpasından keçən 34 il göstərir ki, düzgün strateji seçimlər, güclü liderlik və milli həmrəylik Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Tarixi şərait dəyişsə də, Azərbaycanın əsas hədəfi dəyişməz qalır: suveren, güclü, təhlükəsiz və rifahlı dövlət kimi daim irəliləmək. 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycanın milli qürurunun, dövlət iradəsinin və gələcəyə inamının rəmzidir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər