Mattarellanın səfəri İtaliya-Azərbaycan tərəfdaşlığında nələri vəd edir?

Mattarellanın səfəri İtaliya-Azərbaycan tərəfdaşlığında nələri vəd edir?
01.10.2025 11:47 Təhlil

“Azərbaycan və İtaliya münasibətləri son illərdə strateji tərəfdaşlıq müstəvisinə yüksəlib”. 

Bu sözləri TodayPress TV-Milli Məclisin deputatı Elnarə Akimova deyib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq dərinləşir. Bakıda İtaliya-Azərbaycan Universitetinin açılışı həmin tərəfdaşlığın yeni bir simvolu kimi qiymətləndirilə bilər. Açılışda İtaliya Prezidenti Sercio Mattarellanın iştirakının gözlənilməsi isə hadisəyə xüsusi siyasi və mədəni çalar qatır.

“Avropa təcrübəsi ilə yerli reallıqlar birləşəcək”

“Universitetin yaradılması sadəcə təhsil layihəsi deyil, həm də bu, iki xalq arasında elmi və mədəni körpünün qurulmasıdır. Tələbələr həm Azərbaycan, həm də İtaliya akademik mühitinin üstünlüklərindən faydalanacaq, Avropa təcrübəsi ilə yerli reallıqlar birləşəcək. Bu isə gələcəkdə region üçün yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edəcək. Bu, həmçinin ölkəmizin azad edilmiş ərazilərdə təhsilin inkişafına yönələn siyasətinə də töhfə verə bilər”, - deyə deputat bildirib.

Parlamentari, həmçinin vurğulayıb:

“Bildiyiniz kimi, bu universitetin əsası 2022-ci ildə Bakıda ADA Universitetinin kampusunda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya dövlət rəsmilərinin iştirakı ilə qoyulub. Layihə çərçivəsində İtaliyanın aparıcı ali məktəbləri – “La Sapienza” Roma Universiteti, Politecnico di Milano, Luiss Guido Carli Universiteti, Bolonya Universiteti və digər nüfuzlu elm ocaqları ilə əməkdaşlıq nəzərdə tutulur”.

“İtaliya–Azərbaycan Universitetinin yaradılması sadəcə təhsil layihəsi deyil, dostluğun, əməkdaşlığın və gələcəyə inamın bariz ifadəsidir”

Elnarə Akimova bildirib ki, yeni universitet onun intellektual və mədəni sütunlarından biri olacaq.

“İtaliya–Azərbaycan Universiteti həm də tərəflərin strateji tərəfdaşlığının simvoludur. Əgər enerji layihələri – xüsusilə Cənub Qaz Dəhlizi – bu əməkdaşlığın iqtisadi dayağıdırsa, yeni universitet onun intellektual və mədəni sütunlarından biri olacaq. Beləliklə, İtaliya–Azərbaycan Universitetinin yaradılması sadəcə təhsil layihəsi deyil, dostluğun, əməkdaşlığın və gələcəyə inamın bariz ifadəsidir. Bu təşəbbüs həm ikitərəfli münasibətləri möhkəmləndirir, həm də Azərbaycanın beynəlxalq elm və mədəniyyət məkanında rolunu artırır, həmçinin gənc nəsillərə geniş üfüqlər açır, - deyə Akimova fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib. Ardınca liderlər mətbuata bəyanatlarla çıxış ediblər.

Xatırladaq ki, bu İtaliya Prezidentinin Azərbaycana ikinci səfəridir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdi. 

Orxan Saffari

TodayPress TV

FOTOLAR

Mattarellanın səfəri İtaliya-Azərbaycan tərəfdaşlığında nələri vəd edir? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 Bütün Xəbərlər