Makronun çıxışı Yelisey Sarayında nəyi dəyişəcək? - PROQNOZ

Makronun çıxışı Yelisey Sarayında nəyi dəyişəcək? - PROQNOZ
08.10.2025 18:59 Təhlil

Fransa Prezidenti Emmanuel Makronun xüsusi açıqlama ilə çıxış edəcəyi gözlənilir. Bu çıxış hökumət böhranı fonunda Baş nazir Sebastien Lekornuya siyasi qüvvələrlə məsləhətləşmək üçün verilən 48 saatlıq müddətin bitməsi ilə üst-üstə düşür.   

Mənbələr bildirir ki, Makronun Senat spikeri Jerar Larçer və Milli Assambleya prezidenti Yael Bron-Pivet ilə keçirdiyi görüşlər parlamentin buraxılması ehtimalını gücləndirib. Fransa Konstitusiyasının 12-ci maddəsinə əsasən, belə məsləhətləşmələr Milli Assambleya buraxılmazdan əvvəl aparılmalıdır.

Yeni hökumətin tərkibinin açıqlanmasından cəmi bir gün sonra Lekornunun istefası və müxalifətin kəskin reaksiyası Yelisey Sarayında vəziyyəti daha da gərginləşdirib. 

Maraqlıdır, Makronun çıxışı Fransadakı vəziyyəti dəyişə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, son iki il ərzində beş baş nazir dəyişən Fransa parlament seçkilərindən sonra siyasi baxımdan qeyri-sabit vəziyyətə düşüb. Nə sağ, nə də sol partiyalar hökumət formalaşdırmaq üçün zəruri parlament çoxluğunu təmin edə bilib. Hətta sağ millətçi Marin Le Penin həbsi belə siyasi qüvvələr arasında səs balansını dəyişməyib və üstünlük yaratmayıb.   

“Hazırkı vəziyyət prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Renaissance” partiyasının nüfuzunun ciddi şəkildə zəiflədiyini göstərir. Bu həm də onun siyasi səhnəni tərk etməsinin artıq vaxtının çatdığını nümayiş etdirir. Makronun “məsuliyyəti öz üzərinə götürməsi” ehtimalı da mövcud durumu dəyişməyəcək. Əslində, məsələ daha dərindir. Avropa İttifaqı və NATO ilə Rusiya arasında artan gərginlik, həmçinin potensial hərbi qarşıdurma fonunda Fransa Avropanın lider dövləti kimi məsuliyyətdən yayınmaq üçün bu kimi “hökumət böhranı” ssenarilərinə əl atır”, - deyə ekspert diqqətə çatdırıb.

A.Qasımov sonda əlavə edib ki, rəsmi Paris bu yolla özünü qeyri-sabit və qərarsız göstərərək Avropa İttifaqının problemləri ilə Almaniyanı üz-üzə qoyur. 

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Makronun çıxışı Yelisey Sarayında nəyi dəyişəcək? - PROQNOZ — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Makron, Merz və Starmer iyunun 7-də Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər. 02:13 Süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək 23:50 Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif etdi 23:53 İraqın şimalında İran konsulluğu yaxınlığında partlayış oldu 01:13 Ermənistan Türkiyə sərhədinə dəmir yolu çəkir – Paşinyan tender elan etdi 00:53 Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Bütün Xəbərlər