Liderlər yenidən görüşür: "Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT

Liderlər yenidən görüşür: "Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT
01.09.2025 14:49 Təhlil

"Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı liderləri ilə Parisdə keçiriləcək görüşündən əsas gözləntisi təhlükəsizlik zəmanətlərinin yalnız deklarativ bəyanatlar səviyyəsində qalmaması, real siyasi və hüquqi mexanizmlərlə təmin olunmasıdır".

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Parlamentarinin sözlərinə görə, Budapeşt Memorandumunun acı təcrübəsi Ukraynaya öyrədib ki, kağız üzərində olan təminatlar işğal və müharibə qarşısında heç bir effektiv müdafiə yaratmır. Ona görə də Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenin səsləndirdiyi “coalition of the willing” – iradəli dövlətlərin koalisiyası konsepsiyası hazırda müzakirələrin əsas istiqamətinə çevrilib. Paris görüşündə bu ideyanın konkret yol xəritəsinin açıqlana biləcəyi ehtimalı var.

Millət vəkili əlavə edib ki, görüş həm də Avropa üçün öz mövqeyini sərtləşdirmək imkanı yaradır:

"Müharibə başlayandan bəri Avropa İttifaqı daxilində təhlükəsizlik məsələlərində fərqli yanaşmalar mövcud olsa da, Ukraynanın taleyinin ABŞ-Rusiya formatında həll olunması ehtimalı Avropa liderlərini daha sıx koordinasiyaya məcbur edir. Paris platforması bu baxımdan həm ABŞ ilə transatlantik əməkdaşlığın, həm də Aİ daxilində strateji birliyin möhkəmləndirilməsi üçün mühüm sınaq olacaq. Ən kritik məsələlərdən biri isə Zelenskinin sülh təşəbbüslərində kənarda qalmamasıdır. Donald Trampın elan etdiyi “sürətli barış planı”nın təfərrüatları hələ də mübahisəlidir və Avropa liderləri əmin olmaq istəyirlər ki, Ukraynanın maraqları ikinci plana keçməsin".

E.Mirzəbəylinin ehtimalına görə, Avropa liderləri Rusiyaya qarşı mövcud sanksiyaların qorunması və yeni tədbirlərin gündəmə gətirilməsi ilə bağlı vahid mövqe nümayiş etdirməyə çalışacaqlar. Parisdə veriləcək mesaj həm Moskvaya, həm də tərəddüd edən tərəfdaşlara ünvanlanacaq: Avropa bu müharibədə nəinki diplomatik, həm də iqtisadi-siyasi cəbhədə davamlı müqavimət göstərməyə cəhd göstərsə də, real nəticəyə nail ola bilməyib.

"Bu görüş əslində, daha geniş diplomatik prosesin bir həlqəsi ola bilər. Parisdən sonra Londonda və Vaşinqtonda yeni görüşlərin keçirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Qərb müharibənin nəticələrini müəyyən edəcək uzunmüddətli siyasi dialoqu ardıcıl və mərhələli şəkildə formalaşdırmağa çalışır. Nəticə etibarilə Paris görüşündə diqqət üç istiqamətdə cəmlənəcək: Ukraynaya real təhlükəsizlik zəmanətləri – “coalition of the willing” mexanizmi çərçivəsində, Avropa və ABŞ-nin strateji koordinasiyası – transatlantik həmrəyliyin bərpası və möhkəmlənməsi, həmçinin Rusiyaya sanksiyaların davamı və izolyasiya siyasətinin gücləndirilməsi ilə bağlı mesaj da verilə bilər", - deyə millət vəkili diqqətə çatdırıb.

Deputat bunun hansısa effektiv nəticəyə çıxaracağını isə mübahisəli məsələ adlandırıb. Onun sözlərinə görə, hazırda belə bir ehtimal çox azdır.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə Amerika və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski, eləcə də Avropa liderləri arasında görüş keçiriləcək. Görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər