Kremlin “Stepanakert” oyununa Bakıdan SƏRT TƏPKİ: “Bu, hörmətsizlikdir!”

Kremlin “Stepanakert” oyununa Bakıdan SƏRT TƏPKİ: “Bu, hörmətsizlikdir!”
01.08.2025 13:36 Təhlil

“Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-ın Xankəndidə erməni əsilli marinist rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsi ilə bağlı yayımladığı materialda Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması, daha sonra isə yazının sərlövhəsində dəyişiklik edilərək “Stepanakert” sözünün “Xankəndi” yox, “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzlənməsi rəsmi Kremlin mövqeyi kimi qiymətləndirilməlidir”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

O, bu addımı Rusiyanın Azərbaycana qarşı başlatdığı planlı kampaniyanın bir hissəsi kimi qiymətləndirib:

“AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulması, Rusiyada yaşayan soydaşlarımıza qarşı qanunsuzluqlar, iş adamlarımıza və diaspora nümayəndələrimizə edilən hücumlar, eləcə də Rusiyanın müxtəlif media qurumlarında rəsmi şəxslər tərəfindən Azərbaycana qarşı səsləndirilən təhdid və təhqirlər birbaşa rəsmi Kremlin mövqeyidir. 

Rusiya yaxşı bilir ki, Azərbaycanda “Stepanakert” adlı yer mövcud deyil. Bu ifadənin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik və siyasi mövqe nümayişidir. Bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı ortaya qoyduğu mövqe tamamilə əsaslı və məntiqlidir”.

Analitikin fikrincə, Rusiya bu təzyiq kampaniyası ilə təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda itirdiyi mövqeləri bərpa etməyə çalışır. Lakin rəsmi Moskva təzyiq yolu ilə heç bir nəticə əldə edə bilməyəcəyini qəbul etmək istəmir. Azərbaycan indiyə qədər bu cür cəhdlərin heç birinə boyun əyməyib.

Ekspertə görə, Rusiya Azərbaycan və digər ölkələrlə münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyirsə, ilk növbədə öz mövqeyinə yenidən baxmalı, təzyiq yolunu deyil, üzərinə düşən öhdəlikləri yerinə yetirməyi seçməlidir. 

“Rusiyanın “rəsmi” və “qeyri-rəsmi” hücumlarının hamısı eyni siyasi mərkəzdən idarə olunur. “Qeyri-rəsmi” ona görə ki, media qurumları nə qədər müstəqil olduqlarını iddia etsələr də, faktiki olaraq birbaşa Kremlin təsiri altındadırlar. Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə ölkədə müstəqil medianın varlığından danışmaq isə sadəlövhlük olar", - deyə analitik öz fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Maraqlısı odur ki, bu, uzun illər agentliyin rəhbərliyində yer alan Mixail Qusmanın vəzifədən uzaqlaşdırılmasından dərhal sonra baş verib. 

Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Həmçinin, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Rusiyanın TASS agentliyinə rəsmi etiraz bəyanatı yayıb. Bildirilib ki, bu ad erməni bolşevik lideri və azərbaycanlılara qarşı qətliamlarla tanınan Stepan Şaumyana istinadən istifadə olunur və bu addım Azərbaycan xalqının hisslərinə qarşı hörmətsizlikdir. 

Qiymət Mahir

FOTOLAR

Kremlin “Stepanakert” oyununa Bakıdan SƏRT TƏPKİ: “Bu, hörmətsizlikdir!” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər