İstiqamət dəyişir: Trampla Putin Pekində görüşəcək?

İstiqamət dəyişir: Trampla Putin Pekində görüşəcək?
22.07.2025 17:49 Təhlil

“Hazırkı geosiyasi hadisələr fonunda ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında mümkün Pekin görüşü təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə beynəlxalq nizamın gələcəyi baxımından olduqca əhəmiyyətli ola bilər”. 

Politoloq Tofiq Abbasov bunu TodyPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu görüşün qlobal səviyyədə artan siyasi turbulentliyin qarşısını almağa yönəlmiş strateji dialoqun əsas sütununa çevrilmə ehtimalı var. 

“Hazırda dünyada proseslər kritik mərhələdən keçir və beynəlxalq münasibətlər sistemi zəruri transformasiyalar tələb edir. Bu fonda ABŞ, Rusiya və Çin liderləri arasında üçtərəfli formatda təmasların formalaşdırılması gələcəkdə davamlı sabitliyin əsas təminat mexanizminə çevrilə bilər. Əgər tərəflər Pekində belə bir platformanı reallaşdıra bilsələr, bu görüşlər dövri və davamlı xarakter almalıdır. Çünki beynəlxalq sabitliyin bərpası və yeni dünya nizamının təşəkkülü üçün güc mərkəzləri arasında etimadın formalaşması vacibdir”. 

Analitikin fikrincə, Yaxın Şərq, Cənubi Qafqaz, Tayvan, Ukrayna və digər qaynar nöqtələr yalnız bu cür yüksək səviyyəli dialoq platformalarında müzakirə olunduğu halda real nəticələrə gətirib çıxara bilər. Xüsusilə Ermənistanın regionda gərginliyi dərinləşdirməyə yönəlmiş təxribatlarına, Qərb dairələrinin proseslərə yönəlik destruktiv müdaxilələrinə qarşı effektiv mexanizmlər yalnız nəhəng güclərin qarşılıqlı anlaşması ilə formalaşdırılmalıdır:

“İstər ABŞ-də demokratlara yaxın güclərin, istərsə də Fransa və digər Avropa İttifaqı ölkələrinin regionda təxribatlara açıq və ya gizli dəstək verməsi Cənubi Qafqazda sülh prosesini çətinləşdirir. Bu səbəbdən, Rusiya, ABŞ və Çin liderlərinin vahid konseptual mövqeyi vəziyyətin sabitləşməsində həlledici rol oynayacaq”, - o əlavə edib.

Politoloq, həmçinin diqqətə çatdırıb ki, Trampın xarici siyasətdə bəzən populist və romantik mövqeyi onun real nəticələr əldə etməsinə əngəl törədir. Tramp bəzən düşünür ki, sadəcə nüfuzu ilə proseslərə təsir edə bilər. Halbuki nə Putin, nə də Kremlin rəhbərliyi bircə kəlmə ilə müharibəni dayandıracaq qədər zəif mövqedədir. 

O hesab edir ki, əgər Pekində Tramp və Putin arasında görüş baş tutarsa, bu, sadəcə ikitərəfli münasibətlər üçün deyil, həm də gələcəkdə formalaşacaq yeni dünya nizamının konturlarının cızılması baxımından tarixi məqam ola bilər:

“Qlobal güc mərkəzləri olan Vaşinqton, Moskva və Pekin yeni geosiyasi reallıqlara uyğun olaraq, məsuliyyətlərini yenidən bölüşməlidirlər. Və bu bölgü yalnız proporsional, ədalətli və qarşılıqlı hörmət prinsiplərinə əsaslanarsa, dünya sabitliyinə nail olmaq mümkündür”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Tramp Pekinə gələrsə, bu zaman onunla Tramp arasında görüş baş tuta bilər. 

Töhfə Səməd

FOTOLAR

İstiqamət dəyişir: Trampla Putin Pekində görüşəcək? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 Bütün Xəbərlər