İranın AEBA ilə əməkdaşlığı dayandırması regiona nə edir?

İranın AEBA ilə əməkdaşlığı dayandırması regiona nə edir?
24.06.2025 16:08 Təhlil

"İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandırması regionda yeni gərginlik dalğasına səbəb ola bilər".

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, İranın AEBA ilə əməkdaşlığı dayandırmaq qərarı kifayət qədər radikal addım kimi qiymətləndirilməlidir. Belə bir qərar Tehranı beynəlxalq təzyiqlərlə üz-üzə qoya bilər.

"AEBA İranın nüvə proqramına nəzarət edən əsas beynəlxalq orqandır və Tehranla bu qurum arasında əməkdaşlığın dayandırılması şəffaflıq çatışmazlığı fonunda məsələnin BMT və digər beynəlxalq platformaların gündəminə çıxarılmasına yol aça bilər. Bu isə İran üçün indiki mürəkkəb geosiyasi şəraitdə heç də sərfəli nəticələrə gətirib çıxarmayacaq".

Analitikin fikrincə, İran bu addımı ABŞ və İsrailin hərbi zərbələrinə cavab olaraq atsa belə, bununla beynəlxalq nəzarətdən tam yayınmaq imkanları məhdud olacaq:

"Tehran AEBA ilə əməkdaşlığı rəsmən dayandırarsa, bəzi beynəlxalq qurumlar və dövlətlər İran üzərində təzyiqləri daha da artıracaq, yeni iqtisadi və siyasi sanksiyaların tətbiqi gündəmə gələ bilər. Halbuki İran hazırda da kifayət qədər ağır sanksiyalar altındadır və əlavə məhdudiyyətlər ölkə iqtisadiyyatı üçün dağıdıcı təsir yarada bilər".

Bununla belə, politoloq vurğulayıb ki, AEBA ilə əməkdaşlığın pozulması İranın nüvə silahı əldə etməsini qısa müddətdə mümkün etmir. Əksinə, bu addım beynəlxalq müşahidəni daha da sərtləşdirəcək, Qərb dövlətlərinin isə Tehran üzərində nüvə proqramına dair təzyiqlərini gücləndirməsinə zəmin yaradacaq. Onun qənaətincə, belə bir ssenari ABŞ və müttəfiqləri üçün İrana qarşı daha genişmiqyaslı hərbi müdaxiləyə bəhanəyə çevrilə bilər.

“Bu isə İranda siyasi xaosa və rejim dəyişikliyi ehtimalının yüksəlməsinə yol aça bilər. Belə vəziyyətlərdə isə nüvə silahının əldə olunması ehtimalı əksər hallarda azalır”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılması planını təsdiqləyib. 

Töhfə Səməd

FOTOLAR

İranın AEBA ilə əməkdaşlığı dayandırması regiona nə edir? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Bütün Xəbərlər