İran İsrailin gizli sənədlərini ələ keçirib? - Psixoloji təzyiq, yoxsa...

İran İsrailin gizli sənədlərini ələ keçirib? - Psixoloji təzyiq, yoxsa...
12.06.2025 12:56 Təhlil

“İranın İsrailin nüvə sirlərini ələ keçirməsi ilə bağlı iddiası təkcə regionun deyil, qlobal təhlükəsizlik arxitekturasının təməlini sarsıda biləcək qədər ciddi məsələdir”.

Siyasi şərhçi Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, bu məlumatlar hələlik yalnız iddia xarakteri daşıyır və onların dəqiqləşdirilməsinə ehtiyac var.

“İddiaların mənbəyi və təqdim olunan sənədlərin mahiyyəti barədə dəqiq məlumat yoxdur. İran yalnız sənədlərin sayını açıqlayıb, lakin onların məzmunu barədə ictimaiyyətə heç bir konkret məlumat verilməyib. Bu səbəbdən də bu məsələyə ehtiyatla yanaşmaq, rəsmi təsdiqləri gözləmək lazımdır. Bu cür iddialar, xüsusilə ABŞ ordusunun bölgədə fəallaşdığı və İsrailin hazırlıq vəziyyətinə gətirildiyi bir dönəmdə psixoloji təzyiq məqsədi daşıya bilər. Çünki İranın belə bir zamanda bu məlumatı dövriyyəyə buraxması təsadüfi deyil. Məqsəd, ABŞ və İsrailin mümkün hərbi planlarını ləngitmək və qarşı tərəfi düşünməyə vadar etmək ola bilər. Amma bu o demək deyil ki, bu informasiya mütləq dezinformasiyadır. Tam əksinə, bu, ciddi təhlükəsizlik narahatlığı doğura biləcək bir ehtimaldır”.

Analitik onu da vurğulayıb ki, əgər İran iddia etdiyi kimi, həqiqətən də İsrailin nüvə proqramına dair sənədləri əldə edibsə, bu, İsrailin milli təhlükəsizliyi üçün böyük bir uğursuzluq sayıla bilər. Çünki indiyə qədər Mossad dünyada ən güclü və nüfuzlu kəşfiyyat orqanı kimi tanınıb. Əgər doğrudan da İran bu orqanın daxilinə sızaraq strateji məlumatları ələ keçiribsə, bu, həm İsrailin kəşfiyyat sistemində ciddi boşluqların mövcudluğunu, həm də İranın kəşfiyyat imkanlarının gözlənildiyindən daha güclü olduğunu göstərir. Sənədlərin İrana nüvə silahı hazırlamaq yolunda texniki üstünlük qazandıracağı da istisna deyil. Bu isə regionda hərbi balansı dəyişə, təhlükəli silahlanma yarışına yol aça bilər. 

Təl-Əvivin Tehrana hərbi zərbə endirməsi ehtimalına gəldikdə isə, siyasi şərhçi bu məsələdə İsrailin müstəqil qərar vermək imkanlarının məhdud olduğunu bildirib. 

Qeyd edək ki, İranın dövlət televiziyası "İRİB"in yaydığı məlumata görə, rəsmi Tehran İsrailin nüvə proqramına dair 1000-ə yaxın gizli strateji sənədlərini əldə edib. Bildirilib ki, bu məlumatlar İsraildən çıxarılıb və hazırda araşdırılır. İddialara görə, sənədlər artıq təhlükəsiz məkanlara çatdırılıb, hazırda onların araşdırılması və hissə-hissə yayımlanması planlaşdırılır. 

Töhfə Səməd

FOTOLAR

İran İsrailin gizli sənədlərini ələ keçirib? - Psixoloji təzyiq, yoxsa... — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Bütün Xəbərlər