İran ABŞ silahlarının yerini necə əli ilə qoymuş kimi tapır?

İran ABŞ silahlarının yerini necə  əli ilə qoymuş kimi tapır?
20.07.2026 11:03 Təhlil

Yüzlərlə ABŞ hərbçisinin və onlarla qırıcı təyyarənin İrana qarşı hücumlar həyata keçirdiyi İordaniyadakı Müvəffəq Salti Hava Bazasına İranın zərbəsi nəticəsində Amerikanın pilotlu təyyarələri və pilotsuz uçuş aparatları vuruldu.

İlk hesabatlara görə, ən azı 2 birbaşa zərbə təsdiqlənib, 2 ABŞ əsgəri həlak olub, biri isə itkin düşüb.

ABŞ mövqelərinin belə dəqiqliklə vurulması Qərbi ciddi narahat edir. Qərb İran raketlərinin dəqiqliyi qarşısında heyrət içindədir.

Çünki bu, İranın artıq ABŞ bazalarının daxili planına və dəqiq koordinatlarına sahib olduğunu göstərir.

Bəs İran bu koordinatları necə bu qədər dəqiqliklə əldə edir?

İran üçüncü nəsil "Beidou" hədəfləmə sistemindən istifadə edir. "Beidou" GPS-in Çin alternativi olan qlobal mövqeləndirmə peyk sistemidir. Bu texnoloji sıçrayışın arxasında, təbii ki, "Beidou" peyk sistemi və Pekindən alınan müasir kəşfiyyat peykləri dayanır. Çin və Rusiyanın bu cür texnoloji dəstəyi ABŞ-nin regiondakı ənənəvi üstünlüyünü sıfırlamağa xidmət edir.

İran bu templə davam edərsə və Körfəzdəki, eləcə də İordaniyadakı digər bazaları da vurub sıradan çıxararsa, ABŞ-nin regionda hərbi aviasiyasını yerləşdirməsi böyük problemə çevriləcək. Qarşıda cəmi iki variant qalır: İsrail və Türkiyə.

Lakin hər iki yol risklidir. ABŞ qırıcılarını İsrailə cəmləşdirsə, bu, İsraili İran raketlərinin birbaşa və kütləvi hədəfinə çevirəcək. Regional logistika üçün ən ideal variant olan Türkiyə isə indiki şəraitdə ABŞ-yə, necə deyərlər, "öz günahını da verməz".

Vaşinqtonun illərdir Ankaraya tətbiq etdiyi sanksiyalar və iki NATO müttəfiqi arasındakı gərginlik indi ABŞ-yə özünə baha başa gəlir. Ağ Ev İrana qarşı irimiqyaslı müharibə planları qurmazdan çox əvvəl Türkiyə ilə münasibətlərini qaydasına salmalı idi. Lakin görünən odur ki, artıq gecikiblər. Vaşinqton indi Yaxın Şərqdə həm logistik, həm də strateji baxımdan sıxışdırılır.

Jalə Rövşən

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər