“İmza üçün okeanın o tayına ehtiyac yoxdur” – Qaluzinə CAVAB

“İmza üçün okeanın o tayına ehtiyac yoxdur” – Qaluzinə CAVAB
15.10.2025 14:31 Təhlil

“Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır”.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. 


Bəs Qaluzinin bu ifadəsi nəyə hesablanıb?

"Rusiya yeni mübarizəyə başlayıb"

Mövzunu şərh edən “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, Rusiya xarici işlər nazirinin müavininin bu açıqlaması Kremlin Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalaması uğrunda mübarizəyə başlamasından xəbər verir:


“Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qaluzinin “Aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur”.

"Mühüm işlər" artıq görülüb"

E.Şahinoğlu vurğulayıb ki, İrəvanla Bakı arasında Qaluzinin iddia etdiyi kimi xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur:


“Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Buna görə də Qaluzinin açıqlamasından fərqli olaraq, “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb. Həmçinin Azərbaycan və Ermənistan liderləri avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə sülh sazişinin mətnini paraflayıblar”.

"İmza üçün okeanın o tayına ehtiyac yoxdur"

Analitikin izahına görə, yekun sülh sazişinin Moskvada imzalanması ehtimalı azdır:


“Ukrayna müharibəsinə görə ABŞ ilə Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa, Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alsaq, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhəddində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Bütün Xəbərlər