III Şuşa Qlobal Media Forumu: “Ölkə rəhbərliyinin mətbuatın inkişafına diqqəti bir daha sübut olundu!” – ŞƏRH

III Şuşa Qlobal Media Forumu: “Ölkə rəhbərliyinin mətbuatın inkişafına diqqəti bir daha sübut olundu!” – ŞƏRH
21.07.2025 11:45 Təhlil

“Milli mətbuatın 150 illiyinin Şuşada qeyd olunması Azərbaycanın dövlətçilik gücünün və milli suverenliyinin parlaq təntənəsidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

O, milli mətbuatın 150 illik yubileyi münasibətilə Şuşada keçirilən tədbiri tarixi və siyasi baxımdan böyük əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu yubileyin məhz Şuşada – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi yalnız simvolik deyil, həm də strateji mesaj daşıyır:

“Bu cür tədbirin Şuşada keçirilməsi Azərbaycanın bu gün qazandığı nailiyyətlərin gələcəyə yönəlmiş davamlı siyasətin tərkib hissəsi olduğunu göstərir. Bu, həm də azərbaycançılıq ideologiyasının, milli suverenliyimizin və mədəni irsimizin gələcək nəsillərə ötürülməsində əminliyin bariz ifadəsidir. Şuşa bizim müstəqilliyimizin, qürurumuzun və milli kimliyimizin canlı rəmzidir”.

Deputat əlavə edib ki, milli mətbuatın 150 illiyinin qeyd olunması yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin iştirakı ilə baş tutur və ictimai həmrəyliyi gücləndirir. Onun fikrincə, bu tədbir həm də Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyinə, söz azadlığına və mətbuatın ictimai vəzifəsinə olan münasibətinin göstəricisidir:

“Mətbuat milli dəyərlərimizin qorunması və gənc nəsilə ötürülməsi baxımından əvəzsiz missiya daşıyır. Eyni zamanda, cəmiyyətin aktual problemlərinin operativ və obyektiv şəkildə işıqlandırılması üçün ön sıradadır. Biz Azərbaycan jurnalistikasının təmsilçilərinə göstərdikləri səylərə, milli maraqlar naminə apardıqları fəaliyyətə görə təşəkkür etməliyik”.  

Parlamentari vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin əsrlərlə formalaşmış rəmzləri sırasında milli mətbuatın tutduğu yer danılmazdır. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuat bu gün demokratik cəmiyyətin möhkəmləndirilməsi yolunda böyük rol oynayır. Çünki Zərdabi təkcə mətbuat xadimi yox, həm də milli oyanışın memarı olub. Onun irsi bu gün də aktualdır və Azərbaycan jurnalistləri üçün ideoloji mayak rolunu oynayır.

Millət vəkili diqqətə çatdırıb ki, Şuşada keçirilən bu tədbir həm də işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasının, Böyük Qayıdış prosesinin davam etdiyinin sübutudur:

“Bu tədbir bir daha göstərdi ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunub və bundan sonra da hər bir addımımız milli həmrəyliyə, mədəni irsin qorunmasına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək. Bu tarixi yubileyin yüksək səviyyədə təşkil olunması isə milli mətbuatın keçdiyi zəngin yolun təntənəsi kimi dəyərləndirilməlidir. Bununla da ölkə rəhbərliyinin mətbuatın inkişafına ayırdığı diqqət bir daha dünyanın gözləri önünə sərgiləndi”, - deyə o, fikrini sonlandırıb.

Qeyd edək ki, iyulun 19-da III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunub. Foruma iyulun 21-də yekun vurulacaq.

Töhfə Səməd

FOTOLAR

III Şuşa Qlobal Media Forumu: “Ölkə rəhbərliyinin mətbuatın inkişafına diqqəti bir daha sübut olundu!” – ŞƏRH — 1
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər