Hər iki tərəfin “mən qalibəm” dediyi qarşıdurma...

Hər iki tərəfin “mən qalibəm” dediyi qarşıdurma...
24.06.2025 16:28 Təhlil

“Müharibə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar”.

TodayPress TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.

O, İsral və İran arasındakı atəşkəsi şərh edib:  

“İsrail İranla müharibəni 14 günə bitirəcəyini bildirmişdi. Müharibə bundan iki gün əvvəl bitdi. Müharibə iştirakçılarından hər biri qələbə qazandığını bildirir. İsrail və ABŞ hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-yə layiqli cavab verdiyini bildirir. Halbuki, İsrail və ABŞ-nin raket zərbələrinə və verilən itkilərə İranın cavabı adekvat olmadı. Doğrudur, İran raketləri İsrailin haqqında çox danışılan “dəmir dəbilqə” hava müdafiə sistemini yardı, şəhərlərə zərbələr dəydi. Ancaq İsrail nə qədər iranlı generalı və hərbçini öldürdü, İran nə qədərini? ABŞ İranın nüvə mərkəzlərinə dağıdıcı zərbələr vurdu, İran isə Qasım Süleymani olayında olduğu kimi ABŞ-ni xəbərdar edərək əvvəlcədən boşaldılan hərbi bazasına raketlər atdı, onların da əksər hissəsi havada vuruldu. ABŞ Prezidenti Donald Trampın buna görə İrana minnətdar olması Tehranın aşağılanması anlamına gəlir. Buna baxmayaraq, İrandakı rejim müharibənin nəticələrini cəmiyyətə qələbə kimi təqdim etməyə çalışacaq. Halbuki, İran vətəndaşlarının beyinlərində sualların sayı artıb”. 

Analitik yenidən zərbə endirilməsi ehtimalını dəyərləndirib:

“İsrail pandoranın qutusunu açıb. “İsrail-İran müharibəsi heç zaman olmaz” hekayəsi qüvvəsini itirib. Müharibə bitdi, ancaq İsrail və ABŞ İranı nəzarətdə saxlayacaqlar.

Təl-Əviv və Vaşinqton İranın yenidən uranı zənginləşdirməsindən şübhələnərlərsə, qonşu ölkəyə yenidən zərbələr endirəcəklər. İsrail üçün müharibənin bir günü yüz milyonlarla dollara başa gəlirdi. 12 günlük müharibənin hesabı bir neçə milyardı keçib. İsrail xərclərini bərpa edəcək, ABŞ də həmişəki kimi müttəfiqinə yardım əlini uzadaq. Bəs İran itkilərini necə bərpa edəcək?  - əsas sual budur. İrana bombalanan mərkəzləri bərpa etmək üçün heç bir ölkə, hətta tərəfdaşları olan Rusiya və Çin havayı pul verməyəcəklər. İran sanksiyalar altındadır. İranın yeganə alternativi satdığı neftin pulunu bərpaya yönəltməkdir. Ancaq bu halda İran vətəndaşlarının sosial problemlərinin həlli arxa plana keçəcək, bu isə insanların haqlı narazılığına səbəb olacaq. Onsuz da müharibəyə qədər də İran iqtisadiyyatı ağır günlərini yaşayırdı, indi isə bu ölkəyə daha çox maliyyə resursları tələb olunacaq”. 

E. Şahinoğluna görə, İranda rejim dəyişikliyi üçün uzun zaman lazımdır:

ABŞ və İsrail birinci məqsədlərinə çatdıqlarını bəyan ediblər, yəni İranın uranı zənginləşdirmək mərkəzləri yararsız hala düşüb, ancaq ikinci məqsədlərinə, yəni rejim dəyişikliyinə nail olmadılar. Bunun üçün daha uzun müddət lazımdır. İrandakı rejim öz varlığını qorumaq istəyirsə, daxili və xarici siyasətini ciddi şəkildə korrektə etməlidir. Buna ümid azdır. Çünki İranda islahatların genişlənməsi rejimin dəyişməsi anlamına gəlir. Mühafizəkarlar buna getməzlər".     

Qeyd edək ki, iyunun 24-də İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib. İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazıb.    

Qiymət Mahir

FOTOLAR

Hər iki tərəfin “mən qalibəm” dediyi qarşıdurma... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər