Ermənistanın daxili auditoriyaya MESAJI: “2025-ci ilin sentyabrında…”

Ermənistanın daxili auditoriyaya MESAJI: “2025-ci ilin sentyabrında…”
18.09.2025 12:32 Təhlil

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. 

TodayPress TV xəbər verir ki, o, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaq”, - Rubinyan deyib.


Bundan əvvəl isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.

Bəs Bakının əsas şərti ilin sonuna qədər təmin edilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Rubinyanın səsləndirdiyi “sentyabr 2025” tarixli sülh müqaviləsi proqnozu, əslində, İrəvanın daxili auditoriyaya hesablanmış siyasi mesajıdır:


“Ermənistan tərəfi müxtəlif tarixlər səsləndirərək beynəlxalq ictimaiyyətdə Azərbaycanı guya “müqaviləni uzadan tərəf” kimi göstərməyə çalışır. Halbuki reallıqda Bakı dəfələrlə bəyan edib ki, sülhün açarı hazırdır, lakin bunun üçün Ermənistanın öz konstitusion maneələrini aradan qaldırması şərtdir. Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları yer alır və bu, hüquqi baxımdan müqavilə imzalanmasına imkan vermir. Ermənistan ya bunu dəyişməli, ya da manipulyativ tarix oyunlarından əl çəkməlidir”.

Ekspertin qənaətincə, Rubinyanın “sentyabr 2025” arzusu ilə Hakan Fidanın “2026-cı ilin birinci yarısı” təxminləri arasında fərq, əslində, İrəvanın qeyri-müəyyən və qeyri-ciddi siyasətini ortaya qoyur. Bakı üçün əsas olan tarix deyil, şərtlərin yerinə yetirilməsidir. Azərbaycan konkretlik tələb edir: ərazi iddialarının rəsmən ləğvi, revanşist ritorikanın dayandırılması və sərhədin tanınması. Ermənistan isə hələ də vaxt udmaq, daxili siyasətdə populizm qazanmaq və xarici havadarlarına “müqavilə üçün çalışırıq” görüntüsü vermək niyyətindədir. Bu isə real sülh prosesini uzadır. 


T.İsmayılov, həmçinin əlavə edib ki, Ermənistanın öz konstitusiyasına toxunmadan sülh imzalaması yalnız kağız üzərində saziş ola bilər:

“Bu saziş isə bir müddət sonra yenidən pozulacaq, çünki hüquqi ziddiyyət qalacaq. Azərbaycan üçün belə formal sənəd qəbuledilməzdir. Ona görə də Bakı prinsipialdır: Ermənistan manipulyasiya etməməli, hüquqi əsasları tam dəyişməlidir. Əks halda, 2025, 2026 və ya başqa bir tarix simvolik rəqəmlər olaraq qalacaq. Ermənistanın səmimiyyəti imzalanacaq müqavilənin tarixi ilə deyil, konstitusion islahatlarla ölçüləcək. Azərbaycan tərəfi güclü və ardıcıl siyasəti ilə artıq göstərib ki, heç bir boş vədlərə aldanmayacaq. Sülhün real yolu manipulyasiya deyil, dürüst və açıq addımlardan keçir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Bütün Xəbərlər