Ermənistan yeni Qriboyedov "arzulayır"

Ermənistan yeni Qriboyedov "arzulayır"
03.09.2026 12:13 Təhlil

Erməni politoloq Benyamin Matevosyan Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını çıxarması halında Moskvanın gələcəkdə Tbilisi ilə münasibətlərini yenidən nəzərdən keçirə biləcəyini və “bir Qriboyedovun” ortaya çıxaraq erməni dövlətini yenidən qurmağa qərar verə biləcəyini iddia edib.

TodayPress TV xəbər verir ki, Matevosyan bu barədə NEWS.am-a müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya Ermənistan 102-ci hərbi bazanın çıxarılmasına razı olduğu halda, bunun nəticələrinin kimin xeyrinə olacağını görmək mümkün olacaq.

Matevosyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun zəifləməsi fonunda Türkiyənin Gümrüyə gedən dəmir yolunu bərpa etməsinə də diqqət çəkib. O bildirib ki, həmin dəmir yolu ilə yalnız buğda deyil, hərbi texnika da daşına bilər.

Politoloq iddia edib ki, Ermənistan hakimiyyətinin təbliğatında Rusiyanın Ermənistandakı mövcudluğu – o cümlədən 102-ci hərbi baza, sərhədçilər və rus telekanallarının Ermənistanın multipleksində yayımı – artıq Moskva üçün “aktiv” deyil, “toksik” amil kimi təqdim olunur.

Onun sözlərinə görə, İrəvan bu məsələlərdən Rusiya ilə danışıqlarda təsir vasitəsi kimi istifadə edə bilər.

Rusiyanın Ermənistandakı təsirinin azalmasının Moskya üçün itkilərə səbəb olub-olmayacağı ilə bağlı suala cavab verən Matevosyan bildirib ki, qısamüddətli perspektivdə bunun Rusiya üçün problemlər yaradacağı gözlənilir.

“Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu Abxaziya ilə məhdudlaşacaq. Amma bu, qısamüddətli perspektivdir. Kim deyib ki, orta və uzunmüddətli perspektivdə Rusiya Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirə bilməz? Kim deyib ki, hansısa məqamda daha bir Qriboyedov ortaya çıxmayacaq və onlar erməni dövlətini yenidən qurmaq qərarına gəlməyəcəklər? Sadəcə, hazırda Ermənistanda yaşayan neçə nəfərin qalacağını bilmirəm”, – deyə o bildirib.

Matevosyan, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya təsir göstərmək üçün kifayət qədər rıçaqlara malik olmadığını iddia edib.

“Daha kobud desək, Nikol Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin əlləri Vladimir Putinin mənzilinə çatmır”, – deyə politoloq bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər