Dövlətçilik təməllərinin qoyulduğu GÜN – 14 İYUL

Dövlətçilik təməllərinin qoyulduğu GÜN – 14 İYUL
14.07.2025 12:18 Təhlil

“Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi xalqımız hər zaman dərin ehtiramla yad edir və onun ideyalarını yaşadır”.

Milli Məclisin deputatı Mehriban Vəliyeva bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O, 14 iyul 1969-cu il Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyə gəldiyi günün Azərbaycan tarixində dönüş nöqtəsi hesab olunduğunu diqqətə çatdırıb.

“Həmin dövrdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoydu. Sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində geniş islahatlar həyata keçirildi, milli kadr potensialı formalaşdırıldı, Azərbaycanın nüfuzu yüksəldi.

14 iyul 1969-cu il – müasir Azərbaycanın formalaşmasında və inkişafında müstəsna rol oynamış bir liderin – Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi tarixi gün kimi xatırlanır. Bu gün həm də xalqımızın yaddaşında dövlətçilik təməllərinin qoyulduğu, gələcək uğurların bünövrəsinin atıldığı bir gün kimi yaşayır”, - deyə o əlavə edib.

Qiymət Mahir

FOTOLAR

Dövlətçilik təməllərinin qoyulduğu GÜN – 14 İYUL — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər