Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"

Danışıqlar masası qurulur? – "Tərəflər razılıq verə bilər"
15.09.2025 17:31 Təhlil

Rusiya, ABŞ və Ukrayna liderlərinin görüşü “nisbətən tezliklə” baş tuta bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında “çox yüksək dərəcədə antipatiya” mövcuddur. Buna görə də Tramp istisna etməyib ki, bütün danışıqları şəxsən özü aparmalı olacaq.


Bəs tərəflər buna razı olacaqmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Tramp özünü “unikal vasitəçi” kimi təqdim edir. Hesab edir ki, şəxsi nüfuzu və “sövdələşmə qabiliyyəti” sayəsində Putin və Zelenskini danışıqlar masasına gətirə bilər.


Ekspertə görə, real siyasətdə bu, olduqca çətindir:

"Çünki tərəflər arasında yalnız şəxsi antipatiya deyil, həm də fundamental maraq ziddiyyətləri mövcuddur: Ukrayna öz ərazi bütövlüyünü tam bərpa etmək niyyətindədir, Rusiya isə Krımı və işğal etdiyi əraziləri əlində saxlamağa çalışır. Zelenski dəfələrlə bəyan edib ki, Donbası Rusiyaya verməyəcək. Çünki bu, Ukrayna Konstitusiyasına ziddir və prezident hər şeydən öncə həmin Konstitusiyanın qarantıdır. Lakin böyük beynəlxalq təzyiq olarsa, Kiyev formal olaraq Trampın vasitəçiliyinə razılıq verə bilər.


Putin isə Donbasın nəzarətsiz qalan ərazilərinin ona təhvil verilməsini tələb edir. Həmçinin o, Zelenskinin dəyişdirilməsində daha çox maraqlıdır. Kreml eyni zamanda sanksiyaların yumşaldılmasını və Qərbin parçalanmasını hədəfləyir. Bu məqsədlərin bəzilərinə nail olmaq üçün Moskva belə dialoqa formal şəkildə razılaşa bilər".

K.Sultanlı diqqətə çatdırıb ki, belə bir görüş baş tutsa belə, real və davamlı sülh sazişinin əldə olunması ehtimalı aşağıdır. Daha çox bu, Trampın siyasi imicini gücləndirməyə xidmət edən “şou-diplomatiya” xarakteri daşıya bilər. Paralel olaraq həm Rusiya, həm də Ukrayna Trampı öz mövqelərinə yaxın saxlamaq üçün belə təşəbbüslərə gedə bilərlər.


"Trampla münasibətlər hər iki tərəf üçün önəmli olduğundan, formal danışıqlar mümkündür. Amma ümumilikdə, yaxın perspektivdə sülhün bərqərar olması real görünmür. Atəşkəs olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq", - deyə siyasətçi fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
“Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Bütün Xəbərlər