Cənubi Qafqazda geopolitik mənzərə yenidən formalaşır: Kreml regionda siyasi manevr imkanlarını itirəcək?

Cənubi Qafqazda geopolitik mənzərə yenidən formalaşır: Kreml regionda siyasi manevr imkanlarını itirəcək?
27.08.2025 17:49 Təhlil

“Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması prosesi gec-tez baş verəcək. Çünki ABŞ-nin regionda fəallaşması və Zəngəzur dəhlizi ilə bağlı proseslərin başlanması fonunda güc balansı artıq Rusiyanın xeyrinə deyil, əleyhinə dəyişməyə başlayır”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı hərbi bazaları hər zaman olduğu kimi, bu gün də Cənubi Qafqaz üçün ciddi təhlükəsizlik təhdidi olaraq qalır. Bu bazalardan istənilən zaman silahlı qarşıdurma yaratmaq üçün istifadə oluna bilər ki, bu da ilk növbədə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir.

“Rusiya hərbi kontingentinin Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməsi ehtimalı da kifayət qədər realdır. Hətta bəzi iddialara görə, Kreml növbəti parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin devrilməsinə nail olmaq üçün bu hərbi bazalardan istifadə edə bilər”.

Analitikin fikrincə, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planlarında məhz bu bazalar mühüm alət rolunu oynayır. Bu səbəbdən Ermənistanda artıq Rusiyanın hərbi mövcudluğuna qarşı ictimai narazılıq artmaqdadır. 

“Paşinyan hakimiyyəti də bu reallığı dərk edir və ölkədə Rusiyaya qarşı etirazlar getdikcə güclənir. Lakin Kremlin Ermənistandan asanlıqla çıxacağı real görünmür. Bunun üçün daha güclü beynəlxalq təzyiqlər və konkret siyasi səbəblər lazımdır. Hələlik Ermənistan nə belə təsir gücünə malikdir, nə də Moskvaya bunu diktə edə biləcək güclü əsaslara”.

E.Xalidbəyli hesab edir ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu əsasən Ermənistandakı bazalara söykənir. Bu bazalar sayəsində Kreml regionda siyasi manevr imkanlarını qoruyur:

“Rusiya hərbi bazaları hələ də Kremlin Ermənistana təzyiq göstərməsi üçün əsas alət rolunu oynayır. Əgər bu bazalar çıxarılarsa, Cənubi Qafqazda yeni geopolitik mənzərə formalaşacaq. Azərbaycanda isə rus hərbi kontingentinin olmaması ölkəmiz üçün əhəmiyyətli strateji üstünlükdür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, Rusiyanın Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur.  

“Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.

Aysel Mətləb

FOTOLAR

Cənubi Qafqazda geopolitik mənzərə yenidən formalaşır: Kreml regionda siyasi manevr imkanlarını itirəcək? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər