Birqütblü nizama ƏLVİDA: Güc balansı dəyişir!

Birqütblü nizama ƏLVİDA: Güc balansı dəyişir!
02.09.2025 15:03 Təhlil

"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində aydın göründü ki, dünyada birqütblü nizam bitib, çoxqütblü dünya düzəni formalaşır".

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə açıqlamasında deyib.

"ŞƏT-in BMT analoquna çevrilməsi təhlükəli olar"

O qeyd edib ki, ŞƏT hazırkı təzadlı və mürəkkəb proseslərin getdiyi şəraitdə inteqrasiya məsələlərinə, təhlükəsizlik sahəsində əməkdaşlığa, terrorizm və separatizmlə mübarizəyə xüsusi önəm verir:

"Əgər vaxtında BMT bu proseslərin öhdəsindən gəlmək imkanına malik olmadısa, indi ŞƏT göstərir ki, bu boşluğu doldurmaq niyyətindədir. Təəssüf ki, Hindistan burada destruktiv mövqe sərgiləyərək Azərbaycanın üzvlüyünə mənfi yanaşdı. Halbuki belə bir dönəmdə əksinə olaraq ŞƏT-in aparıcı dövlətləri müsbət niyyətlərə köklənməli, BMT-də yaşanmış mənfi təcrübələrin təkrarlanmasına yol verməməlidirlər.

ŞƏT-in BMT analoquna çevrilməsi təhlükəli olar. Bütün dünya yaxşı bilir ki, Azərbaycan beynəlxalq səhnədə funksional rol oynayır. Ölkəmiz həyata keçirdiyi layihələrlə ŞƏT-ə də ciddi töhfələr verib. Məsələn, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü idi. Həmin vaxt bir sıra ölkələr buna qarşı çıxdılar, mənfi münasibət sərgilədilər, lakin Azərbaycan bütün çətinliklərə sinə gərərək məqsədinə nail oldu. İndi isə vaxtilə etiraz edənlər bu layihənin üstünlüklərindən faydalanırlar".

"Birqütblü sistemə əlvida"

Tofiq Abbasovun fikrincə, bu proseslərdə Çin də öz rolunu nümayiş etdirərək, dinamik təşəbbüslərə, tələb olunan transformasiyalara investisiya qoymağa hazır olduğunu göstərir. Rusiya da burada müsbət rol oynamalıdır. Əgər bu gün Qərblə qarşıdurmadadırsa, deməli, Şərqlə keyfiyyətli və sağlam münasibətlər qurmaq vacibdir. Bununla yanaşı, Rusiya ətrafında olan ölkələrə dəstək verməli, onlarla bərabərhüquqlu əlaqələr yaratmalıdır.

"ŞƏT sammitində bir daha aydın göründü ki, dünya artıq birqütblü sistemə əlvida deyir. Qarşıda çoxqütblü dünya düzəni formalaşır. Bu prosesin qurulmasında bütün ölkələr, o cümlədən Azərbaycan da fəal iştirak edir. Bəzi dövlətlər isə nəticə çıxarmalıdırlar ki, sağlam yanaşma və faydalı iştirak nədən ibarətdir. Rusiya düzgün qərarlar qəbul etməyə hazır olmalı, digər dövlətlərə yuxarıdan aşağı baxmamalıdır. Ölkənin sərhədlərinin kiçik, əhalisinin az olması əsas göstərici deyil. Əsas odur ki, həmin dövlətlərin böyük quruculuq niyyətləri və real faydalılıq əmsalı mövcuddur. Ona görə də bütün səylərdə düzgün mövqe seçilməlidir ki, ümidverici proseslər boğulmasın, əksinə, özünü layiqli şəkildə göstərsin. Mən belə başa düşürəm ki, sammitin əsas çağırışlarından biri də budur: sıradan çıxmış alətlərdən imtina edib, yeni vasitələrə yiyələnmək və onları birlikdə tətbiq etmək", - deyə T.Abbasov yekunlaşdırıb.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 1-də ŞƏT-in Tiancin şəhərində keçirilən sammitində Çinin Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi qəbulunu dəstəklədiyini bildirib. 

Çin lideri qeyd edib ki, ölkəsi üzv ölkələrə maliyyə dəstəyi verəcək: 

“Çin Şanxay Əməkdaşlıq Təşkilatının maliyyə cəhətdən daha da inkişaf etdirilməsinə dəstək verəcək. Təkcə bu il Çin ŞƏT-ə üzv olan ölkələrə 2 milyard yuan qrant verəcək. Növbəti üç il ərzində Çin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 10 milyard yuan yeni kreditlər verəcək”.

Qiymət Mahir

FOTOLAR

Birqütblü nizama ƏLVİDA: Güc balansı dəyişir! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər