Azərbaycan Fələstində məktəb tikir

Azərbaycan Fələstində məktəb tikir
16.07.2026 14:44 Təhlil

Fələstinin Baş naziri Məhəmməd Mustafa bu gün Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüşdə Azərbaycan–Fələstin münasibətləri, humanitar əməkdaşlıq, Ramallahdakı Azərbaycan nümayəndəliyinin fəaliyyəti və Fələstindəki son vəziyyət müzakirə edilib. 

Maraqlıdır, hazırda Azərbaycan-Fələstin münasibətləri nə yerdədir? 


Sözügedən məsələ ilə bağlı deputat Ceyhun Məmmədov TodayPress TV-yə danışıb.                                                                                                                                                                             O qeyd edib ki, bu gün Fələstin-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub:

"Öncə onu qeyd edək ki, Azərbaycan hər zaman Fələstin xalqının yanında olub və ona dəstəyini ifadə edib. Azərbaycan beynəlxalq platformalarda BMT-nin dəstəklədiyi iki dövlət prinsipini müdafiə edir və bunu dəfələrlə açıq şəkildə bəyan edib. Eyni zamanda, Fələstinə mütəmadi humanitar yardımlar göstərib. Bu gün Azərbaycan Fələstində məktəb tikir, nümayəndəliyi fəaliyyət göstərir və müxtəlif humanitar layihələr həyata keçirir". 

Parlamentari vurğulayıb ki, Fələstin rəsmiləri dəfələrlə Azərbaycana səfər ediblər:

"Hazırda Fələstinin Baş naziri Məhəmməd Mustafa Azərbaycanda rəsmi səfərdədir. O, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qəbul olunub. Görüşlər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bir daha vurğulanıb ki, Azərbaycan Fələstin xalqını dəstəkləyir və humanitar yardımını bundan sonra da davam etdirəcək. Bütün bunlar Azərbaycan ilə Fələstin arasında münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək". 

Jalə Rövşən

FOTOLAR

Azərbaycan Fələstində məktəb tikir — 1
XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər