Ağ Ev beynəlxalq təşkilatlarla vidalaşır: ABŞ UNESCO-dan niyə çıxır?

Ağ Ev beynəlxalq təşkilatlarla vidalaşır: ABŞ UNESCO-dan niyə çıxır?
23.07.2025 13:53 Təhlil

“ABŞ-nin UNESCO və digər beynəlxalq təşkilatlardan ardıcıl şəkildə çıxması təkcə texniki qərar deyil, bu, Ağ Ev lideri Donald Tramp administrasiyasının ölkənin qlobal rolu və beynəlxalq münasibətlərdəki mövqeyinə dair tamamilə fərqli yanaşmasının təzahürüdür”. 

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danşarkən bildirib.

Onun sözlərinə görə, Tramp bu qurumları ABŞ üçün həm maliyyə yükü, həm də siyasi öhdəliklər mənbəyi hesab edir. Düşünür ki, bu təşkilatlar vasitəsilə digər dövlətlər Vaşinqtona təsir imkanları əldə edərək, qərarların qəbuluna müdaxilə edirlər. 

“Trampın nəzəriyyəsinə əsasən, ABŞ bu qurumlara verdiyi töhfələrin əvəzini lazımi səviyyədə almır. Vaşinqtonun çoxtərəfli mexanizmlərdə öz maraqlarını yetərincə müdafiə edə bilməməsi səbəbindən administrasiya ikitərəfli əməkdaşlıq modellərinə üstünlük verir. Bu model manevr imkanlarını geniş saxlayır, əlavə bürokratik yük yaratmır və ABŞ-nin milli maraqlarını daha effektiv müdafiə etməyə imkan verir”.  

Analitik diqqətə çatdırıb ki, Tramp ideoloji baxımdan da UNESCO kimi qurumları neoliberal düzənin sütunları kimi görür. Belə ki, Ağ Evin iddialarına görə, UNESCO və bənzər təşkilatlar qlobalist və solçu şəbəkələrin təsir vasitəsinə çevrilib. Hətta ABŞ daxilində bu dünyagörüşü ilə razılaşan vəzifəli şəxslərin sayının artması, administrasiyanın bu istiqamətdə addımlarını daha da sürətləndirib. 

“ABŞ daha öncə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq niyyətini də açıqlamışdı. Tramp administrasiyasına görə, Çin bu qurumda dominant rol oynayır və təşkilat öz mandatı çərçivəsində neytrallıqdan uzaq qərarlar qəbul edir. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı da oxşar arqumentlər irəli sürülür. ABŞ bu platformada da öz maraqlarını yetərincə qoruya bilmədiyini düşünür. Yəni, Trampın beynəlxalq təşkilatlardan geri çəkilməsi, onun "Amerikanı yenidən böyük etmək" devizi ilə səsləşən və milli maraqları önə çıxaran yeni siyasi baxışından irəli gəlir. Bu siyasət Trampın hakimiyyətdə olduğu müddət ərzində davam etdiriləcək və beynəlxalq münasibətlərdə ABŞ-nin daha sərt və selektiv xətt yürütməsi ilə müşayiət olunacaq”.  

Sonda Z.İbrahimli Azərbaycanın da bu məsələdə konkret təcrübəsi olduğunu xatırladıb. Belə ki, UNESCO mandatı çərçivəsində hərəkət etməli olduğu halda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə faktaraşdırıcı missiya göndərməkdən imtina edib. Halbuki bu ərazilərdə Ermənistan tərəfindən dağıdılmış mədəni irsin sənədləşdirilməsi məhz bu təşkilatın vəzifəsi idi. UNESCO həm işğal dövründəki çağırışlara, həm də işğaldan sonrakı müraciətlərə adekvat cavab verməyib. Buna görə də rəsmi Bakı təşkilatla münasibətləri əvvəlki səviyyədə saxlamaqdan imtina edib.  

Qeyd edək ki, iyulun 22-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxması barədə qərar qəbul edib. O, səbəb kimi təşkilatın ABŞ-nin maraqlarına zidd təşəbbüsləri dəstəkləməsini göstərib. Ağ Evin təşkilatdan rəsmi şəkildə çıxması prosesi 2026-cı ilin dekabrın 31-də başa çatacaq. 

Töhfə Səməd

FOTOLAR

Ağ Ev beynəlxalq təşkilatlarla vidalaşır: ABŞ UNESCO-dan niyə çıxır? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər