ABŞ-nin Zəngəzur dəhlizi planı: Region dövlətlərinin razılığı olmadan...

ABŞ-nin Zəngəzur dəhlizi planı: Region dövlətlərinin razılığı olmadan...
16.07.2025 18:33 Təhlil

“ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsü region dövlətlərinin razılığı olmadan irəliləyə bilməz”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət təklifini hələlik tərəflər rəsmi şəkildə təsdiqləməyiblər. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan məsələ ilə bağlı qeyri-müəyyən və üstüörtülü mövqe sərgiləyir. 

“Bu, ABŞ-nin təşəbbüsüdür və Vaşinqton neytral mövqedən çıxış edərək dəhlizin təhlükəsiz və şəffaf şəkildə işləməsinə töhfə vermək niyyətindədir. Lakin Amerikanın bölgəyə gəlişi o deməkdir ki, qeyri-regional bir güc Cənubi Qafqaza daxil olur və bu, yalnız bütün tərəflərin razılığı ilə mümkündür”.      

Analitik xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev bölgədə “3+3” formatını təklif edib və bu təşəbbüsə ilk dəstəyi Türkiyə verib. Sonradan digər ölkələr, o cümlədən Ermənistan da razılığa gəlib. 

“Bu formatın məqsədi bölgə məsələlərinin regional dövlətlər tərəfindən, razılaşdırılmış şəkildə həll olunması idi. Təəssüf ki, bu proses hələ tam reallaşmayıb və Ermənistan bu mövzuda qeyri-ciddi davranış sərgiləyir”, - deyə o əlavə edib.

ABŞ-nin bu məsələni İranla razılaşdırdığı iddialarına da toxunan ekspert diqqətə çatdırıb ki, bu, maraqlı detal olsa da, Azərbaycanın və Türkiyənin mövqeyi həlledici əhəmiyyət daşıyır. O vurğulayıb ki, sözügedən dəhliz SSRİ dövründə mövcud olub və Azərbaycanın mülkiyyətində olub. Lakin 1980-ci illərin sonlarında Ermənistandakı millətçilik dalğası nəticəsində həmin yol dağıdılıb, infrastruktur məhv edilib.

“İndi Ermənistan bu keçidi "geosiyasi suverenlik" bəhanəsi ilə əngəlləməyə çalışır. Halbuki bu yol tarixi baxımdan mövcud olub və Azərbaycanın hüquqi əsasları var. ABŞ tərəfi təşəbbüs irəli sürsə də, bütün maraqlı tərəflərin konkret razılığı olmadan bu məsələ irəliləyə bilməz. Burada Azərbaycanın mövqeyi əsas həlledici amildir”, - deyə T.Abbasov fikrini yekunlaşdırıb.  

Qeyd edək ki,  Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin icarəyə verilməsi ilə bağlı planlardan danışıb. O bildirib ki, Ermənistan yol infrastrukturlarına investisiya cəlb etmək və müəyyən funksiyaları həyata keçirmək üçün şirkət yaradılması məsələsini müzakirə edir.  

Paşinyanın sözlərinə görə, söhbət torpaq sahələrinin icarəyə verilməsindən gedir. Ermənistan qanunvericiliyi bu sahədə tikinti hüququnu nəzərdə tutur. 

Şirkət investisiyalarını yollar, boru kəmərləri və elektrik xətləri kimi infrastruktur obyektlərinə yönəldə bilər. Müqavilə müddəti bitdikdən sonra isə bu infrastrukturlar dövlət mülkiyyətində qalacaq. 

“Bütün bu variantlar müzakirə olunur, lakin hələ yekun qərar qəbul edilməyib”, – Paşinyan bildirib.

Baş nazir icarəyə vermə nümunələri kimi “Zvartnots” hava limanını, “Cənubi Qafqaz Dəmir Yolları”nı (ЮКЖД) və su təchizatı sistemini göstərib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Middle East Eye”da ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı xəbər yayılıb. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.

Töhfə Səməd

FOTOLAR

ABŞ-nin Zəngəzur dəhlizi planı: Region dövlətlərinin razılığı olmadan... — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər