ABŞ-nin addımı Putini MƏYUS ETDİ: Sanksiyalar intensivləşir

Təhlil

02.12.2025 13:14

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçirdiyi mətbuat konfransında ABŞ-nin “Lukoyl” və “Rosneft”ə sanksiyalar tətbiq edəcəyini gözləmədiyini bildirib. 


“Danışıqlar zamanı bizdə belə bir təəssürat yarandı ki, ABŞ ilə razılığa gəldik. Biz Ankoric platformasında qaldıq və birdən ABŞ sanksiyalar elan etdi. Mən nə baş verdiyini başa düşmədim”.

Maraqlıdır, ABŞ Prezidenti Donald Tramp niyə gözlənilmədən sözügedən neft şirkətlərinə qarşı sanksiya qərarını verdi? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki,  28 maddədən ibarət sülh sənədi çərçivəsində Ukrayna mövzusu geniş şəkildə müzakirə olundu.


Lakin Ukraynaya artan təzyiq fonunda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə də hərbi əməliyyatların dayandırılması barədə mesaj göndərilmişdi. 

O, son saatlarda Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatlardan bəhs edib:

“ABŞ-nin mesajlarına baxmayaraq, son saatlarda Rusiya Donbas və Zaporojyedə işğal planlarını daha da genişləndirib. Bir sıra əhəmiyyətli şəhərlərin ələ keçirilməsinə start verilib: Pokrovsk şəhərinin mərkəzində Rusiya bayrağı qaldırıb, həmçinin Rusiya Vovçansk və Hulyapolyu işğal etdiyini açıqlayıb”.

Analitik vurğulayıb ki, mövcud dinamika göstərir ki, nə Rusiya, nə də ABŞ bu prosesdə istədiyini əldə edə bilir. Rusiya elə bir mərhələyə daxil olub ki, ABŞ ona sanksiyalar tətbiq etməyə məcbur qalır.

Qiymət Mahir

TodayPress TV

tag: Əziz Əlibəyli,Ekspert,ABŞ,Putin,Todaypress.tv,