ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir?

ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir?
23.07.2025 17:56 Təhlil

ABŞ hökuməti Əfqanıstan və Kamerundan olan miqrantların müvəqqəti qoruma statusunu (TPS – Temporary Protected Status) dayandırmaq barədə qərar verib. Bu qərarla on minlərlə miqrant hüquqi müdafiədən məhrum edilir və ölkədə qalmaq hüququnu itirir.       

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Abutalıb Səmədov bildirib ki, bu qərar Əfqanıstan hökuməti ilə ABŞ arasında münasibətlərin pisləşməsinə səbəb olmayacaq.

Onun sözlərinə görə, Vaşinqtonun qərarının arxasında “Taliban” hökumətinə olan etimad dayanır: 

“ABŞ hökuməti düşünür ki, “Taliban” rəhbərliyi Əfqanıstanda təhlükəsiz şərait yaratmağı bacarıb. Bu səbəbdən də miqrantların geri qaytarılması qərarı verilib. Hərçənd ki, bir çox dairələr bu yanaşmanı qəbul etmir, lakin bu qərar “Taliban” hakimiyyətinə etimad ifadəsi kimi də qiymətləndirilə bilər”.  

Politoloq hesab edir ki, sözügedən qərar Əfqanıstan hakimiyyəti tərəfindən də müsbət qarşılanacaq və son illərdə “Taliban”ın göstərdiyi fəaliyyətə ABŞ prezidenti Donald Trampın verdiyi qiymət kimi dəyərləndiriləcək.

“Belə ki, təxminən 11 min 700 əfqanın statusu dərhal qüvvədən düşəcək. Kamerun vətəndaşları üçün isə bu müddət 4 avqusta qədər uzadılıb. Bu tarixdən sonra 5200 nəfərdən çox kamerunlu da eyni vəziyyətə düşə bilər. Miqrant hüquqlarını müdafiə edən təşkilatlar bu qərarın qarşısını almaq üçün məhkəməyə müraciət etsə də, Virciniyadakı Apellyasiya Məhkəməsi ABŞ hökumətinin qərarını qüvvədə saxlayıb və təxirə salmayıb”.

Siyasi şərhçi vurğulayıb ki, rəsmi Vaşinqton hesab edir ki, Əfqanıstan və Kamerun vətəndaşları artıq öz ölkələrinə qayıdaraq təhlükəsiz şəkildə yaşaya bilərlər. 

Lakin hüquq müdafiəçiləri və miqrantlar bu fikirlə razı deyil. Onlar bildirirlər ki, xüsusilə Əfqanıstanda təhlükəsizlik hələ də zəifdir və ölkəyə geri qayıdan şəxsləri həbs, işgəncə və hətta ölüm təhlükəsi gözləyə bilər.

Qeyd edək ki, ABŞ-də TPS statusu vətəndaş müharibəsi, təbii fəlakət və ya digər humanitar böhran səbəbindən öz ölkəsinə qayıtma təhlükəli olan miqrantlara verilir.

Türkan İsgəndərli

FOTOLAR

ABŞ-dən yeni qərar: Miqrantları nə gözləyir? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 Bütün Xəbərlər