Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi
22.05.2025 11:00 Sosial

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirib.

TodayPress TV xəbər verir ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda “Məmmədyarovlar” şahmat məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib. Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın şahmat ənənələri dirçəldilib, idmançılarımız yüksək nəticələrə nail olaraq xalqımızı sevindiriblər. Açılış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Vaxtilə Qarabağda və Şərqi Zəngəzurda şahmat məktəblərinin mövcud olduğunu, həmin məktəblərin işğal dövründə də fəaliyyətini davam etdirdiyi xatırladılıb, əslən Zəngilan rayonundan olan Məmmədyarovlar ailəsi üzvlərinin Azərbaycanda şahmatın inkişafında müstəsna rol oynadıqları, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi olduqları vurğulanıb, “Zəfər” turnirinə dəstək verdikləri üçün onlara minnətdarlıq bildirilib. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılması da önəmli yer tutur və Böyük Qayıdışın prioritetlərindən hesab olunur. Açılış mərasimində Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Yeddi turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim edilib. Beynəlxalq qrossmeyster, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova qaliblərə ustad dərsi keçib. Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub. 

FOTOLAR

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi — 1
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi — 2
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi — 3
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi — 4
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi — 5
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirildi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər