Azərbaycanın əmək sahəsində təcrübəsi barədə beynəlxalq tədbirdə məlumat verildi

Azərbaycanın əmək sahəsində təcrübəsi barədə beynəlxalq tədbirdə məlumat verildi
26.05.2025 16:25 Sosial

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə qardaş ölkənin Kayseri şəhərində 38-ci Əməyin Mühafizəsi və Təhlükəsizliyi Həftəsi keçirilir. 

TodayPress TV xəbər verir ki, tədbirin əsas məqsədi əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ictimai məlumatlılığın artırılması, xüsusilə uşaqlar və gənclər arasında maarifləndirmənin gücləndirilməsidir.   

Həftə çərçivəsində təşkil olunan “Rəqəmsal dövrdə əməyin təhlükəsizliyi və mühafizəsi: örnək təcrübə nümunələri” mövzusuna həsr olunmuş panel müzakirəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev də iştirak edib.   

Panel zamanı Vəli Quliyev ölkəmizdə əmək münasibətləri, o cümlədən əməyin mühafizəsi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verib.

O, Azərbaycanda əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri, əmək müqavilələrinin elektronlaşdırıldığını, əmək hüquqlarının qorunması, habelə əməyin mühafizəsi üzrə rəqəmsal nəzarət sistemlərinin qurulduğunu qeyd edib.   

Bildirib ki, bu sistemlər işəgötürənlərə və işçilərə risklərin əvvəlcədən qiymətləndirilməsi və onların qarşısının alınması imkanlarını yaradır. Bu isə əmək hüquqlarının qorunmasına və profilaktik tədbirlərin gücləndirilməsinə töhfə verir. 

Çıxışında süni intellektin yaratdığı yeni çağırışlara da toxunan Xidmət rəisi vurğulayıb ki, bu texnologiyaların tətbiqi nəticəsində yaranan risklərin idarə olunması məqsədilə rəqəmsal həllər hazırlanır.

Əsas məqsəd iş yerlərində təhlükəsizliyin artırılması və vətəndaşların dövlət xidmətlərinə opeartiv və asan müraciət edə bilməsidir.   

Tədbir çərçivəsində interaktiv fəaliyyət zonaları, təlimlər, teatr tamaşaları və səhnə çıxışları da təşkil olunub, uşaqlar və gənclərin iştirakı ilə təhlükəsiz əmək mühitinin əhəmiyyəti praktiki formada təqdim edilib.

FOTOLAR

Azərbaycanın əmək sahəsində təcrübəsi barədə beynəlxalq tədbirdə məlumat verildi — 1
Azərbaycanın əmək sahəsində təcrübəsi barədə beynəlxalq tədbirdə məlumat verildi — 2
Azərbaycanın əmək sahəsində təcrübəsi barədə beynəlxalq tədbirdə məlumat verildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər