2025-ci ildə 64 uşaq ailələrinə qaytarıldı

2025-ci ildə 64 uşaq ailələrinə qaytarıldı
02.06.2025 17:54 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bildirilib ki, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu məqsədlə həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. 

Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Beləliklə, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər