Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı
İngiltərənin Kent qraflığında isti hava dalğası gölün suyunun azalmasına səbəb olub və nəticədə təxminən 200 illik qılınc aşkarlanıb.
TodayPress TV xəbər verir ki, Çiddinqstoun qəsri yaxınlığındakı göldə könüllülər dibdən metal əşya görüblər.
Qarmaqla sudan çıxarılan qılınc qalanın kuratoru Naomi Kollikə təhvil verilib. Tapıntı artıq Kral Arturun əfsanəvi silahına istinadla “Kentli Ekskalibur” adlandırılır. İlkin araşdırmalara görə, qılınc XIX əsrin əvvəllərində hərbi musiqiçiyə məxsus mərasim silahı ola bilər.
Qılıncın dəstəyinin ən yaxşı qorunan hissəsində aslan təsviri var. Bıçaq isə qalın pas və göl palçığı ilə örtülüb.
Mütəxəssislər qılıncın göldə 200 ildən çox qala bilməyəcəyini düşünürlər. Onun necə suya düşdüyü isə hələ məlum deyil. Əşyaya qala sahibinin kolleksiyasından gəlməsi və ya İkinci Dünya müharibəsi zamanı burada xidmət edən əsgərlər tərəfindən atılması ehtimalları da araşdırılır.
Türkan İsgəndərli