Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır
08.08.2025 12:01 Kənd Təsərrüfatı

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Tədqiqatlar Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Letgen Biotechnology və Bayramlı Group şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. 

Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin genetik irsinin qorunması, onların genom miqyasında struktur və funksional variasiyalarının identifikasiyası, marker-assosiativ seleksiya sistemlərinin qurulması və genetik resursların uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürülmüş, fenotip qiymətləndirmə aparılmışdır. 

Götürülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri:

- Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin hazırlanması

- Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi

- Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin yüksəldilməsi

- Genetik məlumatların elektron baza (genobank) formasında qorunması

- Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.) inteqrasiyası 

olaraq müəyyən edilib. 

Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcəkdir. 

Qeyd edək ki, bu layihə təkcə elmi araşdırmalar baxımından deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması  baxımından strateji əhəmiyyət daşıyır.

FOTOLAR

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır — 1
Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır — 2
Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır — 3
Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər