Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi

Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi
25.06.2025 16:51 Kənd Təsərrüfatı

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlarda taxıl biçininin gedişini izləyib.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri bölgələrdə vətəndaş qəbullarını davam etdirir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov iyunun 25-də Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Yardımlıdan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, texnikaların lizinqə verilməsi, baytarlıq xidmətlərinin təşkili və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov rayonun Abasalılı kəndində fermer Rövşən Nağıyevin taxıl sahəsinə baş çəkib, taxıl biçininin gedişini izləyib, fermerlərlə taxıl biçininin mütəşəkkil təşkili üçün görülən işlər, kombaynların sürətli dislokasiyası, məhsulun vaxtında və itkisiz yığılması üçün koordinasiyalı fəaliyyətin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparıb.

FOTOLAR

Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 1
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 2
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 3
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 4
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 5
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 6
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 7
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 8
Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər