Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi

Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi
18.07.2025 17:26 Kənd Təsərrüfatı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Laçın rayonunun yaylaqlarına köç etmiş heyvandarlıq təsərrüfatlarına, Minkənd kəndində yerləşən əkin sahələrinə, Sus, Bəylik və Zabux kəndlərində məskunlaşmış əhali üçün seçilmiş ferma yerlərinə baxış keçirib.

Daha sonra nümayəndə heyəti “Zerti” Agro-Sənaye Parkında yerləşən heyvandarlığın inkişafı üçün seleksiya mərkəzi, orqanik istixanalara baş çəkib, “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyəti ilə tanış olublar.

Fermer və sahibkarlarla görüşdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.

Görüş zamanı heyvandarlığın inkişafı məqsədilə aqrar sənaye kompleksləri və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

FOTOLAR

Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 1
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 2
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 3
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 4
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 5
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 6
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 7
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 8
Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər